Yanına gəlmişəm, təzədən küsək,təzədən barışaq, görək olurmu?Saat gör neçədir, bir az tələsək,gedək, yaşıl söyüd görək dururmu?

Yağışlar islatsın, qaçaq əl-ələ,sevin gülüşünə bal qata-qata.Gəlmisən qayıdaq on il əvvələ,saçına dən düşüb, qaralsın o da.Yenə mən danışım, mənə qulaq as,şirin sözlərinə cilvələn, bəzən,Bir az kökəlibsən, arıqla bir az,bir az dəyişibsən,dəyiş təzədən.

Qaşların tarıma çəkilib yenə,gir mənim qoluma, yenə çaş bir az.Gözüm gözlərinə dikilib yenə,bir az yadlaşıbsan,doğmalaş bir az.

Sən mənim sözümdən incimə, küsmə,illəri həsrətlə yaşayıb ürək.Yanına gəlmişəm... evə tələsmə,gedək, yaşıl söyüd dururmu görək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri