Aşiq oldum yenə bir tazə güli-rənayə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Aşiq oldum yenə bir tazə güli-rənayəKi, salır al ilə hər dəm məni yüz qovğayə.
Müşt urub, qalibi-fərsudəmi gəh həbs qılır,Gəh sərasiməvü üryan buraxır səhrayə.
Üzümün qani ilə sinəmi al etdim kim,Aləti-sənət ola ol büti-bipərvayə.
Bu nə işdir ki, bizi iynə kimi incəldib,Salır iplik kimi hərdəm bir uzun sevdayə.
Ayağın bağlamış avarələrin sənət ilə,Yox nihayət səri-kuyində gəzən şeydayə.
Ləxt-ləxt olmuş ikən, qəmzə dirəfşini çəkib,Çarəsiz olmadı bir gün məni-qəmfərsayə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yaxa çak edəni başmaq kimi salır ayağa,Ey Füzuli, bax onun etdiyi istiğnayə.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-asiq-oldum-yene-bir-taze-guli-renaye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Büküb də qəddimi qıldın qəmə düçar məni.
Bir baxışla qıymadın xoşhal ola bu binəvaVurmadın, ta rahət olsun, cisminə tiri-bəla.
Ey könül, vəsf eylədin dilbərləri bunca, yetər!Gah günəş adlandı şerində gözəl, gahi qəmər.
Dedin ki, əhli-vəfayə cəfa sən etməyəsənYaman olar, bu xoş əhdə vəfa sən etməyəsən.
Başqa şairlərin şeirləri
Hər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
چه آتش بود در پیمانه کردندکه مجلس را پر از دیوانه کردند
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,