Məni candan usandırdı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Məni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-meni-candan-usandirdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kuhkəndən gözükür kuhdə asar hənuz,Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Getdi əldən sənəmin sünbili-mişkəfşaniGetdi əldən sənəmin sünbüli-mişkəfşani.Yenə dövr etdi pərişan məni-sərgərdani.
Gecələr ta halimə gərdun təmaşa etmədiGecələr ta halimə gərdun təmaşa etmədi,Tərk edib bidadını, bir mehr peyda etmədi.
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılınGəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Başqa şairlərin şeirləri · Eşq
Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
ArzuQara gözlü, şirin sözlü,Al yanaqlı, gözəl qız.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.