Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!
Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!
Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər,
Zər nisar edə görün, cümlə yığılın, dərilin.
Götürün oxların, ey didələrim, topraqdan,
Bu yarar nəsnələrin qədrini yaxşicə bilin.
Eyləmin, ey dilü can, xəncəri-müjganinə meyl,
Bilirəm nolisər axir, gəlin ondan kəsilin.
Göz yaşi tiğiniz içün tökülür, ey xublar,
Sizi ta etməyə rüsva, görünən dəmdə silin!
Düşdü od canimə, ey təndə olan peykanlar!
Qızmadan mərəkə bir yanə ərimin, çəkilin!
Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-gelir-ol-servi-sehi-ey-gulu-lale-acilin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir qul oğılani könül mülkünə sultan etdim,Misr idi, padişəhin Yusifi-Kən’an etdim.
Canə basdım qönçəvəş peykanını, ey tazə gülCanə basdım qönçəvəş peykanını, ey tazə gül,Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.
Canlar verib, sənin kimi cananə yetmişəmCanlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Can verir rayiheyi-türbəti-pakin, ey takCan verir rayiheyi-türbəti-pakin, ey tak,Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.