Canə basdım qönçəvəş peykanını, ey tazə gül
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Canə basdım qönçəvəş peykanını, ey tazə gül,Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.
Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od,Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.
Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə,Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.
Mərdümi-çeşmim yığar navəklərin mümkün sanırOl ağaclar birlə tutmaq əşk dəryasinə pül.
Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir,Fani etmə ömrün ol sevdadə kim, baqi degül.
Surətaray olma, təhsili-kəmali-mə’ni etKim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.
Nola dersəm qədr ilə əfzun Məsihadən səni,Yerü göy mizan olub fərq olmuş ağrdan yünül.
Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim,Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hasilin əvvəl qəmi-canandı axir təki-can,Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-cane-basdim-qonceves-peykanini-ey-taze-gul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.
Könül ələmlərini mən verim xəbər, sən eşit!Xəbərsiz olma qəmimdən, bu pəndi məndən eşit!
Ey məst, bil ki, bir mənəm eşqində xunciyərMən bihuşam səninlə, barı olma bixəbər.
İki bölündü sənin möcüzünlə çərxdə mahSözün sübutu üçün olsun əldə iki güvah.
Başqa şairlərin şeirləri
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum