ز درد دل سختی از زبان من بشنومشو ز درد دلم بی خبر سخن بشنو

Könül ələmlərini mən verim xəbər, sən eşit!Xəbərsiz olma qəmimdən, bu pəndi məndən eşit!

منه بقول رقیبان سست پیمان گوشسخن ز عاشق دل ریش خویشتن بشنو

Nə etibar rəqibə, ona qulaq asma,Sözü bu qəlbini eşqində zar edəndən eşit!

ز من مپرس نه از غیر وصف لعل لبشدلا حکایت شیرین ز کوهکن بشنو

Onun dolaqlarının vəsfini soruş məndən,Könül, hekayəti-Şirini Kuhkəndən eşit!

گرت هواست که فیض مسیح دریابیحیات بخش حدیثی از آن دهن بشنو

Olarsa feyzi-Məsiha həvası başında,Həyatbəxş hədisi o güldəhəndən eşit!

بباغ بگذر و از بهر خاک رهگذرتبهم مباحثه سنبل و سمن بشنو

Çəməndə gəl nəzər et, xaki-payin olmaq üçünOlan mübahisəni sünbülü səməndən eşit!

ز بهر قسمت دردت که آن کمست بسیبسینه گوش نه و بحث جان و تن بشنو

Bilirmisən sənin ol dərdinin bəhası nədir?Qulaq verib sinəmə, bəhsi-canla təndən eşit!

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی از غم دل کرد قصه بنیادبیا بتازگی این قصه کهن بشنو

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli dərdi-dilindən düzəltdi bir qissə,Bu köhnə qissəni, gəl tazə söyləyəndən eşit!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq