ز فلک می گذرد آه و فغانم بی تو
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ز فلک می گذرد آه و فغانم بی تواین چه عمر است که من می گذرانم بی تو
Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz,Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.
هر دم از هجر تو حالی دگرم پیش آیدمه من با تو چه گویم که چه سانم بی تو
Dəyişir halımı hər anda qəmi-hicranın,Gəl deyim, gör necədir bu güzəranım sənsiz.
کرد با من همه کس روز وداع تو وداعکه گمان داشت که من زنده بمانم بی تو
Məndən ayrıldı hamı sən mənə etdikdə vida,Yox günahım ki, qala cismdə canım sənsiz.
بهره نیست بجز سوز چو شمعم ز حیاتبالله از زندگی خویش بجانم بی تو
Ömrümün bəhrəsi bir şam kimi yanmaq oldu,Təngə gəldim bu həyatdan, yox amanım sənsiz.
تا بگفتن نرسد سوز دلم را نقصانشدت محنت و غم بست زبانم بی تو
Düşməsin ta ki, şərər qəlbinə bir söhbətlə,Bağladı şiddəti-qəm indi zəbanım sənsiz.
بامیدی که مگر از تو بیابد اثریمی دود هر طرفی اشک روانم بی تو
Bu ümid ilə ki, tapsın, gözəlim, səndən əsər,Yüyürür hər tərəfə əşki-rəvanım sənsiz.
Məqtə — şairin təxəllüsü olan son beyt. نه فضولیست همین واقف رسوایی منهمه دانند که رسوای جهانم بی تو
Məqtə — şairin təxəllüsü olan son beyt. İndi rüsvalığımı təkcə Füzuli bilmir,Yayılıb aləmə bu eşqi-nihanım sənsiz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-366
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olub qəm bəstərində cismü can bimar uzaq səndən.
Qoymayır naseh tökəm yaş, həsrətəm rüxsarınaAğlar ikən gülməyim gəldi onun göftarına.
Qəlb pünhan olsa da, yüz qanlı peykan onda varAçmamış bir qönçədir, gülbərgi-pünhan onda var.
Daha xoşdur ki, halımdan xəbərsiz qalsa daim yarKi, qeyrətdən həlak ollam, danışsa yar ilə əğyar.
Başqa şairlərin şeirləri
Bilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.