Bilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.Oynatdı qaşını, süzdü gözünü,Mənə oğrun-oğrun baxdı da getdi.

Şikarım uçurdum tuta bilmədim,Ceyrana oxumu ata bilmədim,Yüyürdüm, yüyürdüm, çata bilmedim,Atamın evini yıxdı da getdi.

Dostuna demədi o sir sözünü,Hüseyndən kənara tutdu üzünü,Çatdı qəmzəsini, süzdü gözünü,Müjganın sinəmə, çaxdı da getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri