Sən məni
A bimürvət, firqətindən xəstəyəm,Çəkirsən zülfünlə dara sən məni.Gecə-gündüz həsrətini çəkməkdən,Yandırdın atəşə, nara sən məni.
Gözlərindi bu dərdimin əlacı,Teşnəyəm, ləblərin olum möhtacı,Pünhan-pünhan nə baxırsan qıyqacı,Könlüm istər gör aşkara sən məni.
Gah ləzzətin şəhdü-şəkər dad olur,Gah da qəlbin dönür bizdən yad olur,Deyirsən, gülürsən könlüm şad olur,Ağladırsan tez dübarə sən məni.
Bir dəfə qədəmin xoş güzar oldu,Onda zimistanım növbahar oldu,Bəs niyə dostluğun te bahar oldu,Niyə saldın bəxtəvərə sən məni.
Hüseyn bir şeydadır, qonub budağa,Sərraf istər lələ qiymət qoymağa,Vədə verdin qayıtmadın otağa,Həmdəm etdin dörd divarə sən məni.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-bozalqanli-sen-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.