Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı
Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Müsəlsəl zülflərin çin-çin töküb ətrafi-rüxsarə,Qaşın vəlleyl, yaxşıdır yüzün vəşşəms nurani
Qədin sərvi-sənubərdir, ləbin çün abi-Kövsərdir,Yüzün mahi-münəvvərdir və ya çün mehri-nurani
Hərami gözlərin, billah, çıxardub dinü məzhəbdən,Salub sevdayə, ey kafir, mənim tək yüz müsəlmanı
İki xali-siyəh daim ləbin gəncin məqam etmiş,Biri təsxir edər Hindi, birisi mülki-İranı
Bu üç zaddır vəfa qılmaz, cahanda paydar olmaz:Biri ömr ü biri dövlət, biri həm hüsn olur fani
Nüqudi-gənci-hüsnündən təlattüf eylə üşşaqə,Desünlər külli-aləmdə ki: haza Hatəmi-sani
Nə tək ol dami-zülfündə bu Mehdi paybənd olmuş,Ümumən abidü tərsa olur zülfün pərişanı
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-bey-seqaqi-qezel-qeza-suretgerin-gel-gor-ne-xos-cekmis-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Mükərrərاز غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب