Şəhla gözlərini gördüyüm zamanDedim, gül üstünə bir jalə düşmüş.Bilməm o baxışda nə məna vardır,Bu şair eşqindən xəyala düşmüş.

Hüsnündən bəllidir, ey nazlı dildar,Səni qucağında böyütmüş bahar.Çiyninə tökülən xurmayı saçlarSankı mərmər üstə şəlalə düşmüş.

Salıbdır gözlərin məni kəməndə,Ancaq bu halımı duymusan sən də.Kim səni qızlarla görsə çəməndəDeyər gülüstana bir lalə düşmüş.

Demirəm Məcnun tək çöllərdə qaldım,Nə də Fərhad kimi hey külüng çaldım,Nə Sənan oldum ki, şöhrətim, adımDeyələr obaya, mahala düşmüş.

O gün ki qapıdan baxıb gəlibsən,Məni atəşlərə yaxıb gedibsən.Qəlbimi müjgana taxıb gedibsən,Gəl gör ki, aşiqin nə hala düşmüş.

Ərdəbil, 1942

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq