Saqi, xumar-xumar baxırsan yenəCanıma od düşür bu nazdan mənim.Nədən qırmızıdır camdaki bədənBildin xoşum gəlmir bəyazdan mənim?Mən onsuz da məstəm, dəryadır qəmim,Bir an ayrılmamış qəmdən aləmim,Doldur piyaləmi, qərq olmuş gəmimQoy çıxsın dərindən, dayazdan mənim.

Yəqin bu halımı duymusan sən də,Mən heç içməyirdim dostlar içəndə.Amandır sərhədi qatar keçəndəDoldur piyaləmi Arazdan mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana