Xəzər, ay Xəzər...
Sahili sarı qumluDalğası ağ Xəzərim.Qum üstə bardaş qurubGəl oturaq, Xəzərim.Mən balıqçı deyiləm,Qayığım yox, torum yox,Dalğalarla döyüşəQollarımda zorum yox.Sən göygözlü mələksən,Dumandan örpəyin var,Göyərçin ləpələrdənQırçınlı köynəyin var.Nəğmən vüsal andırar,Ürəyimi yandırar.Sahili sarı qumlu,Dalğası ağ Xəzərim.Gəl uzanıb sübhədəkHey danışaq, Xəzərim,Sahilə axşam qonur,Ürəyimə qəm qonur.Ayrılığın yamandır,Bircə kəlmə, bircə söz
Yadigar de, amandır.Səhər günəş doğandaAparar karvan məni,Kim bilir ki, bir də sənGörərsən haçan məni.Hələ əldə fürsət var,Hələ vaxt var, möhlət var.Hələ göylər yenicəDumanlanır, qaralır,Hələ sübhə çox qalır.Qaziyanda¹ otaqlarUlduz-ulduz alışdı,Pəncərədən axan nurDalğalara qarışdı.Gəl, bu isti qum üstəBir də verək baş-başa,Danış, danış, Xəzərim,Uşaqlıq illəriməSənsən tanış, Xəzərim...
Ənzəli, 1938
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-xezer-ay-xezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Şamda qəhətlikBöyük bir qəhətlik tutdu Dimaşqi,Unutdu yarlər əzvaqi-eşqi.
از سوادالوجه فی الدارین اگر داری خبرچشم بگشا و سواد فقر و کفر ما نگر