Dənizə yağış yağdı
Dünən şıdırğı yağış yağdı,Sahildəki adamlarınHərəsi qaçdı bir yana.Qabar-qabar olduDənizin sinəsi,Qaldı yana-yana...Buludların isti göz yaşındanmı,Yoxsa qəlbinin təlaşındanmıTutuldu, bulandı dəniz?Qaraldı, bozardı,Fəqət dayandı dəniz.Qabar-qabar yandı dəniz...Təmkinini itirmədi ancaq.Çəkildi buludların karvanı,Çəkildi üfüqə sarı.Şəfəqlər töküldü sulara,Qızıl, sarı...Yenə gəldi insanlar,İkibir, üçbir.Yenə açdı qollarınıDəniz sahil boyu.Axı, dəniz mehribandır,Dəniz təmkinlidir.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-denize-yagis-yagdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.