Mənim şeir kitabım
İlk şerimi yazandaElə bildim dünyanınBəxtiyarı olmuşam.İlk kitabım çıxandaElə bildim özüm dəTəzədən doğulmuşam.Bir gün də mağazadaGörəndə kitabımı,Coşub-daşdı sevincim.İndi o ilk şer də,İndi o ilk kitab da,Tarix olmuş mənimçin.Hərdən xəyal içindəO günlər düşür yada.Deyirəm, Ərdəbildə,Kitab mağazasındaŞer kitabım qaldı.Cəbhə dostlarım kimiHeç bilmirəm onun daTaleyi necə oldu.Şeyx Səfi küçəsində,Camakı arxasında¹Neçə-neçə kitablaQoyulmuşdu yanaşı.Nə meşindən cilidi,Nə də zərdən naxışı.Övladına baş çəkənNarahat atalar tək,Gəlib baxırdım gündə.Günəşdən cadar-cadar,Susuz dodaqlar kimiBozarmış cilidindəİki söz yazılmışdı:
¹ Camak – Kitab mağazasında, içərisinə kitab düzülən şüşə çərçivə.
“Şeirlər”, bir də adım.Ancaq sətirlərinəHopmuşdu ürək yanğım,Arzum, harayım, odum...Ayrılıq yaman olur,Bir gün ayrıldıq biz də.Son görüş zamanındaDonmuşduq ikimiz də.Mən getdim... getməliydim...Fəqət o qaldı yenəCamakı arxasında.Adım şölə çəkərəkYanırdı yaxasında.Sədinin “Gülüstan”ı,Hafizin “Divan”ı yla.Orda qaldı yan-yana.Məni əbədiyyətəQovuşduracağınaİnamım olmasa da,Ümidim ona qaldı.O vətən torpağındaMəndən nişana qaldı...Bunu bilirəm ancaq,Haman əl boyda kitabCamakının ardındaHəmişə qalmayacaq.Ya qorxulu düşmən təkPolislər elan edibXətərli olduğunu,Qala qabağındakıDardan asacaq onu,Ya da ki, ƏrdəbilinUcqar küçələrindəHər gün qonaq olacaqBir dostumun evində,Müəllifin yerində.Şeyx Səfi küçəsində,Kitab mağazasındaQaldı şer kitabım.Mənim fikir dünyamdaO ilkin inqilabım.O kitabda hər misra,Hər söz ürək qanımdı.Düşmənlərə göz dağı,Dostlara nişanımdı...
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-menim-seir-kitabim
← → düymələri ilə keçid, R — təsadüfi şeir