Pəncərəm önündə tək çinar,Yamyaşıl yarpaqlarıAsta-asta pıçıldaşırGecəyarı...Otaq tək,Mən tək.Göy üzündə ulduzlarÇiçək-çiçək...Yadıma Təbriz düşür,“Novbahar” mehmanxanası.Otaq tək,Mən tək.Yarpaqları ləçək-ləçəkBir qələmə boylanardıPəncərədən.Təbriz qızları kimiUtana-utana,Kövrək-kövrək...Səhərə kimi danışardıYarpaqlar.Qulaq asardımXəyal aləmində yol gedə-gedə.

Deyərdim:Cəbhədən qayıdandaBura gələcəyəm bir də.Oturub qulaq asacağamNeçə gecə,Qələmənin yarpaq-yarpaq söhbətinə.Lap ürəyimcə...Sonra da deyəcəyəmİndi də sənQulaq as mənə,Danışım fədai dostlarımınCəbhə hekayətini...Yadıma gəlir,O zamanXəyaldan ayırdı məniÇiyni tüfəngli,Beli qatarlı,Çarıqlı,Patavalı,Haylı-haraylıDostların otağa dolması.Elə bil yarıda qırıldıBir ana laylası.Elə bil şüşələrə toxunubTöküldüYarpaqların o həzin səsi.Elə bil pəncərəyə həkk olmuşduQələmənin kədərli kölgəsi.Son dəfə baxdımArxamca əl edənYarpaqların titrəməsinə.Hər şey qəribə göründü mənə...ÇıxdımTəbrizdə,“Novbahar” mehmanxanasındakıO tək otaqdan...İllər ötdü,

Bir daha qayıda bilmədim...Qəlbimdə ömrünNeçə-neçəAcılı-şirinliXatirələri qalır o çağdan...Birdən naxış salır pəncərəməTəbiətin göz yaşı –Yağış damcılarının düzümü.Çinarın yarpaqlarındanZorla çəkirəm gözümü.Düşünürəm...İndi Təbrizdə“Novbahar” mehmanxanasındakıO tək otağın önündəBöyüyüb, yaşa dolmuş qələməYəqin hələ də,Mənim hekayətimiYarpaq-yarpaq danışırBütün aləmə:– Biri var idi,Biri yox idi,Bir zaman bu tək otaqdaBir fədai şair qalardı...Biri yox idi,Biri var idi,Bir zaman bu tək otaqdaBir fədai şairinBir dünya arzularıÇiçəkləyərdi,Yarpaqlayardı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri