Dodaqları qurumuşSusuz bir torpağam mən,Sinəmdə cadara bax.Budağından ayrılmışYaşıl bir yarpağam mən,Qopduğum çinara bax.Şimşəkləri çaxmamışBir bahar buluduyamGöylərin sinəsində.Təlatümü susmamışBir vulkanın oduyamMən Odlar ölkəsində.Fırtınası yatandaÜmmandan ayrılmışam,Ümmana dönmək üçün.Bir fırtına quşuyam,Tufandan ayrılmışam,Tufana dönmək üçün.Daşlar, qayalar yıxan,Coşub-daşan bir selinKəsilməyən səsiyəm.Azadlıqçın döyüşənBir torpağın, bir elinBölünməz zərrəsiyəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən