Sənət meydanına qədəm qoyuram,Qoy sözüm güc alsın elimdən mənim.Nə qədər çətindir, bunu duyuram,Ay dostlar, tutunuz qolumdan mənim.

Körpəcə bir quşam, asiman dərin,Mən o dərinliyə uçmaq istərəm.Nəğmə dəftərimin, söz dəftəriminAdını “Vətən”lə açmaq istərəm.

Mənim arzum budur, bir oğul kimiKaş bu çətinliyə dözə biləydim.Vətənə sevgimi, elə sevgimiKönül sözlərimlə yaza biləydim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən