Ərdəbil
Gəlmişəm, xoş gəlmişəm, sanma məni yad, Ərdəbil,Hər zaman könlüm olub fikrin ilə şad, Ərdəbil.
Mən nə mömin bir müsəlman, nə axund, nə hacıyam,Nə gözəl Sonyaya vurğun, nə Fatı möhtacıyam,Bil, nə qəflətdə keçirtdim ömrü, sonra acıyam,Olmuşam cümlə-cəhalətdən mən azad, Ərdəbil,Hər zaman könlüm olub fikrin ilə şad, Ərdəbil.
Söyləyiblər: “Getmə, bir özgə məkandır bu şəhər,Hər yana baxsan məscid, ya da dükandır bu şəhər.Həzrəti Adəm necə görmüş, hamandır bu şəhər.Müşkül işdir bir daha olsun o, abad, Ərdəbil,Gəl ona biz də deyək: – Ey dadi-bidad Ərdəbil”.
Kəbleyi-nüsrətləri qaçmış bu yerdən, dad edib,“Bir də müşküldür səni yad eyləyəm...” fəryad edib.Bir zaman bu türbəni Şah İsmayıl abad edib,İndi olmuşdur o, bərbaddan da bərbad, Ərdəbil,Ərdəbil, ey dadi-bidad Ərdəbil...
Gəldim axır, baxmadım bu sözlərə, söhbətlərə,Gördüm, ey dad, düşmüsən sən min töhmətlərə.Bir tərəfdən qərq olubsan cürbəcür nemətlərə,Bir tərəfdən də çalıb-çapmış səni yad, Ərdəbil,Ərdəbil, ey dadi-bidad Ərdəbil.
Qəm yemə, günlər gələr, aylar ötər, illər keçər,Köksünə dağlar çəkən yüz-yüz bu müşküllər keçər.Çən olar, gürşad tökər, çaylar daşar, sellər keçər,Vaxt keçər, dövran keçər, qalmaz bu bünyad, Ərdəbil,Onda bu könlüm kimi könlün olar şad, Ərdəbil.
Ərdəbil, 1938
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-erdebil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məhbub odur ki nəqşi gözəl bir nigar ola,Xub-lətif və nazik ola, şivəkar ola
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,