Mənə nəğmə de kürül-kürül...

M.Gülgün

Sən nəğmə istədin, gülüm,dəniz tək coşqun olsun.Fəqət dənizdən mehriban.Qağayılar dalğalarda uyuyan kimisən də şerlə yatıb,şerlə oyanasan.Sözlər,misralar düzülsün boynunamirvari dənəsi kimi.Yox,sən dedin:dünyada elə daş varmıqiymətli olasözün mənası kimi...“Susuz, çörəksiz yaşayaramfəqət,nəğməsiz qala bilmərəmbir an da...”Mən indi bildim ki,insan necə də yüksəlirmişsözün,

sənətin mənasını duyanda.Sən nəğmə istədin, gülüm,Dərdini, sevincini danışa bilə.Bəzən bulud zümzüməli olub,bəzən dağ seliylə yarışa bilə.Axşam,Həzin səsiylə yuxuya gedəsən,Səhər,səni ayağa qaldıra harayı.Sən nəğmə istədin, gülüm,ömrünü qısalda bilməyəayların, illərin sayı...Sən nəğmə istədin,“varını verən utanmaz” demişlər.Ancaq,mən indi deyə bilmirəmbelə bir şerikim,nə zamanyazacaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri