Çəkməsin
Hər cəfənglər saz götürüb, söz deyib,Şairlik ismini sana çəkməsin.Çibin, milçək zənbur kimi sızlayar,Qanqalın şəhdini şana çəkməsin.
Şairlik elmində pürkamal gərək,Divani, təcnisi hər misal gərək.Kotana qoşmağa kəltə kəl gərək,Kələ qabaq körpə dana çəkməsin.
Eşqin kürəsində bişib, yanmayan,Qafiyəsin, qələtini qanmayan,Bədöy bəsləyibən köhlən minməyən,Ulağını bu meydana çəkməsin.
Ustadlar kəlamı bizə gələndə,Xəstə cismim olur təzə, gələndə.Arif mclisində üzə gələndə,Onda yaxasını yana çəkməsin.
Lənət müxənnətə, ara qatana!İnsan gərək yalan sözdən utana.Xəbər verin, sınıq saxsı satana,Cürdəyini hər sindana çəkməsin.
Qovğaya düşübdü, bu yazıq Hüseyn,Nə məndə can qaldı, nə də baş, beyin.Tülkü dərələrdə aslana boyun,Hünərini qana-qana çəkməsin.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-bozalqanli-cekmesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Getdin gördün quzu,Neyləyirsən istiotu, duzu?
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Ərzurumun bazarına varandaƏrzurumun bazarına varanda,Məqamda düşmanı atmağın gərək.