Verəli dil o qarə tellərə naşad olubam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
Xəmi-zülfündə məqam eyləyəli xəstə könül,Qüssəyə tuş olub, xanəsi bərbad olubam.
Necə səhrayə gedim ahu şikar eyləməyə,Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam.
Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim,İndi nolmuş sənə, mən özgə kimi yad olubam?!
Oğru zülfündən əgər könlümü alsam, dəxi mənVermərəm dil ona, bundan belə ustad olubam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı,Qəmi-dəbxi unudub sərvtək azad olubam.
Kitabxana.az · https://kitabxana.az/works/fegir-ordubadi-vereli-dil-o-qare-tellere-nasad-olubam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
Başqa şairlərin şeirləri · Eşq
Bir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.