Bu qoca dünyanın yoxdur vəfası,Gah boşalıb, gah da dolan görmüşəm.Qızılgül açılıb heç xəndan olmaz,Xəzan dəyib, birdən solan görmüşəm.

Cahanın gülünü bir kimsə dərməz,Qəza kəməndinə düşən qurtarmaz.Bəndə yüz çalışsa, biri düzəlməz,Haqdan qeyrisini yalan görmüşəm.

Yazıq Hüseyn Haqqa verib guşunu,Qəza vurub, qədər əyib işini.İtirənlər düzə bilmir beşini,Milyonlar dağılıb, talan görmüşəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri