Qazı
Əla, ey münisi-dirinə, qazı,Yetibdir sən, kər, sittinə, qazı.
Keçirdik iki cümə günlərini,Tutubsan bizim ilən kinə, qazı.
Oxudarım, bilərsənmi görəndə,Sənə vəl-fəcrini tərsinə, qazı.
Sanırsız, çinə yoxdur çün bu yerdə,Gəzər quş qanda olsa çinə, qazı.
Məgər heç çıxmıyorsuz bistər üstə,Girib sizin hücrənin gəncinə, qazı.
Sizin üçün qazılıqdan qalmayıb nəf',Tikibsiz göz məgər kəbinə, qazı.
Yavaş-yavaş edərsiz dəst-dirazi,İşitdim ki, şahın gəncinə, qazı.
Bu hədyanı eşitsə, Molla Şənbə,Qulaq as, onda gəl təhsinə, qazı.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-qazi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
GəlinBulaq başında tərlan tək durmuş,Yolçunu yoldan eylər bu gəlin,
Mayılam mayılƏcayib şahbazsan, əcəb sonasan,Uşaq-u balına mayılam mayıl,
BahalıqYaran tutub afaqı, hamı qəm bahalıqdan,Əfqanə gəlib mərdümi-aləm bahalıqdan.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,