Xərabə qalasan belə vilayət,Hər yetən toxum paylayan oldu,Ol Qəriq idi toxum gətirən,Ağdamlılar Qəriqdən çox yaman oldu.

Hacı Mələk, Hacı Cəmşid, Hacı Ağa,Hacı Mehdi, Hacı Həsən, Seyid Ağa,Bu ildə bunlar düşdü qabağa,Hər birisi bağatda bir pəhləvan oldu.

Seydi oğlu Əkbər xəyyat, of Aslan,Məşhədi İmam Qulu sahib iman,Hərə beş tümənə alıb bir qolan,Hər sabah minibən yollanan oldu.

Kiçil Muxtar, nəvəyi-kor Sadiq,Din yox, sənə nə düşübdü, qodiq,Otur dükanında içirkən ab-doğ,Baramadan sənə nə hasil oldu.

Hacı Seyid Mirişi, o aliciənab,İbadətdən olub gözləri xərab,Məscid barəsində verməmiş hesab,O da durub toxum paylayan oldu.

Görürsənmi bizim Mirzə Dadaşı,Dişi dutmaz yesin bircə lavaşı,Təzədən olub sövdəgər başı,Alim bi-əməl, bi-iman oldu.

Novruzlu Bəndəli kirvəsi qoca,Adam başın etmişdilər bir cücə,Hərəsi olub indi bir xoca,Xublarov, Soğmanov saf yalan oldu.

Saybalı Molla Məhəmməd, o hərzə yanşaq,Baha alıb ucuz satan qorumsaq,Əhli-şəhr olsun başınıza torpaq,Saybalıda sizi aldadan oldu.

Camaat tökülüb başınıza küllər,Cövr-zülm əhli Yezid, Əli Əkbər,Oda tutub indi cahanı yeksər,Adəmə müqabil gör Şeytan oldu.

Aramızdan çıxdı bir Baba Qəzər,Müştəriyə bu tənək etdi güzər,Toxum paylayanlar kəndləri gəzər,Bu da Ağdamda bir bud atan oldu.

Bağışlayın məni, ey əhli-bazar,Hər çənd verdim qəlbinizə azar,Yalqız mən deyiləm bu işə vadar,Şairlər cümləsi eyb açan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri