Vəsfi-hal
Bir dəlləyin vəsfi-halın söyləyim,Amma adın deyə bilmərəm, neyləyim.
Əzəl gəlib mənə o oldu qonaq,Biz bişirdik südlü pilov, qayqanaq.
Yeyib dedi: çağır kənd yığılsın,Kəsib haqqım, sonra durub dağılsın.
Yığıldıq biz bir məhləyə hamımız,Dedik: yoxdur daha dərd u qəmimiz.
Kəxa dedi: söylə sözündən qanaq,Özü kəsdi saqqalıma üç çanaq.
Dedilər ki: bu sudacıq yaxşıdı,Qabağına qarşı gələn naxşıdı.
Mən dedim ki: bunun sözü yalandı,Evim yıxıb buğdamızı alandı.
Dedi: vallah, evinizi yıxmanam,Quran haqqı, söz gərdəndən çıxmanam.
Bir gün idi gəldi qiyamət ilən,Ülgüc ilən, çomaq ilən, at ilən.
Hücum edib gəldi başım qırxmağa,Əl-ayağım bağlayıbən yıxmağa.
Fitəsini dolandırdı boynuma,Kəhnə qalan tük tökülüb qoynuma.
Papağımı aldı, qoydu yanıma,Lərzə saldı əndamıma, canıma.
Hay, gözlədim, qızdırmadı tasını,Ülgücünün heç silmədi pasını.
Qarmaladı, suyu tökdü başıma,Axdı gəldi qabağıma, qaşıma.
Acıqlanıb şagirdini vururdu,Hərdəm birdə qulağını burudu.
Dedim: dəllək, başım heç isinmədi,Bir əl tərpət, qurtar, başım amandı.
Dedi: oğlan, bu saatda qurtararam,Dayan, kəsər ülgüc, başın qorxaram.
Ülgücünü çəkdi bilvi daşına,Heç baxmadı bu gözümün yaşına.
Uşaq gördü, mənə qanlar ağlatdı,Elə qırxdı, ürək kimi dağlatdı.
Dayananda cəsədimə can gəlir,Qucağıma tük qarışıq qan gəlir.
Tökün yığıb o yunuldu bucağa,O gələnçə özüm verdim ocağa.
Gəldi dedi: nə yatırsan, yeri dur,Xətin vurum, çevir üzün, bəri dur.
Mən çevrildim, su vurmadı yüzümə,Hara vurdum, heç baxmadı sözümə.
Burdu boynum, çiynim üstə qatdadı,Qucağımda ötdü, dizim çatdadı.
Necə olsa xətimidə qayırdı,Çiynim ovan pərdə, qolum ayırdı.
Baxdım gördüm itiribdir darağın,Qonşulardan gedib eylər sorağın.
Xub çıxardı ciyərimdən odağım,Qayçı ilən kəsdi usta dodağım.
Gözküsünü açdı, verdi əlimə,Təsməsini bağladı sağ qoluma.
Baxdım gördüm, nişdər ilən qan alır,Əzrayıl tək çəngəl ilən can alır.
Mən qurtarsam, şükr olsun Allaha,Çağırmanam tövbə bir dəllək daha.
Qoy uzansın başım tükü yal olsun,Ustakarda kamal, ədəb hal olsun.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-vesfi-hal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun