Bayram gəlib hamı geyib zər-ziba,Bizdə nə bez, qədək, nə şal da yoxdur.Qocaların şövqi olmaz söhbətə,Nə başı eşqli cahıl da yoxdur.

Buğda olsa kəsdirərdik əriştə,Düyü almamışıq yuyula təştə,Yeddi gündür xanım çıxıbdır kəştə,Qapılar gəzməkdən macal da yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri