Sən nə afətsən mənə, ey əqli-bədfərcam kim
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,
Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Tifllər, divanələr səndən mübərra olmağın,
Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat.
İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz,
Hillətü hirmanda çəkməzlər əzabi-ehtiyat.
Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam,
Netəkim təklifə hökmi-şər’ ilə sənsən mənat.
Ol zamandan kim, sənə verdim inani-ixtiyar,
Ol zamandan keylədim möhkəm səninlə irtibat,
Olmayıb xali qəmü ənduhdən qəbrim evi,
Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat.
Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin,
Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qite-26-sen-ne-afetsen-mene-ey-eqli-bedfercam-kim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta dəf edəm gülü səmən ilə məlalımı.
Xahişlə dün dedi mənə bir zati-möhtərəmZahidlərin sifətlərini söylə hər nə var.
Bilirdi gərçi bütün dillərin nə olduğunuSəfayi-təblə, həm elmü qüdrətilə nəbi.
Fəryad, zülm edən bu fələkdən ki, dəhrdəDövrilə qəlbi şad eləməz, qəmdir hasili.
Başqa şairlərin şeirləri
Mənasız, məntiqsiz sözü bilmənin faydası nə?!Az anlayıb, çox söyləyib, gülmənin faydası nə?!
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani