ای مست غافل از من و خونین جگر مشو
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ای مست غافل از من و خونین جگر مشومن از تو بی خودم تو ز من بی خبر مشو
کارم بسوز و گریه فتادست در غمتغافل ز جان سوخته و چشم تر مشو
ترسم که بی خبر شوی از حال عاشقانای مست ناز می مخور و مستتر تر مشو
ای سرو با نظاره روی تو زنده اممی میرم از فراق تو دور از نظر مشو
غیر از رکی نماند ز ضعفم بر استخوانبا من مگو که تیر بلا را سپر مشو
ای دل بس است بر من بی دل بلای عشقرو از برم تو نیز بلای دگر مشو
Məqtə — şairin təxəllüsü olan son beyt. از راه عشق خیز فضولی که فتنه خاستزین بیشتر مقید این رهگذر مشو
Ey məst, bil ki, bir mənəm eşqində xunciyər,Mən bihuşam səninlə, barı olma bixəbər.
Hər gün qəmində göz yaşıdır, nalədir işim,Bir gör nə haldadır bu yanan canla çeşmi-tər.
Qorxum budur ki, bilməyəsən hali-aşiqi,Ey nazla məst olan, mey içib olma cilvəgər.
Ey sərv, mən sağam sənə baxmaqla, getmə kim,Ölləm sənin o gül üzünə etməsəm nəzər.
Canan, yetər, bu bidilə bəsdir bəlayi-eşq,Get, get ki, sən də olma mənə tazə bir xətər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qalxmış bu rahi-eşqdə fitnə, Füzuli, dur!Pabənd qılmasın səni çox da bu rəhgüzər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-368
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəlayə, dərdə fərağında mübtəla oldum.
Gözəllər eşqinə düşdüm, nə çox cövrü cəfa gördümO zülmü görməsin kafər ki, mən bəxti qarə gördüm.
Bircə an çıxmadı başdan qəmin, ey taci-sərimSən unutdun məni, cana, demə yoxdur xəbərim.
O qıvrım saçlarından min cəfa çəkdim, kədər gördümKi, ta vəsli nəsib oldu, öz ömrümdən səmər gördüm.
Başqa şairlərin şeirləri · Eşq
Yenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıÖylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.