Bir qul oğılani könül mülkünə sultan etdim,Misr idi, padişəhin Yusifi-Kən’an etdim.

Dil ki, bir dilbərə sərmənzil idi, ahim iləYelə verdim, adını təxti-Süleyman etdim.

Eşq tərki, dilü candan görünürdü müşkil,Tərki-eşq eylə dedin, tərki-dilü can etdim.

Can qəmin çəkmiş idi, var idi boynumda həqiBu onun əcri idi kim, sənə qurban etdim.

Rəhi-eşqin tutub, etdim qəmü dərdim dəf’in,Görə nə cəm’i bu təriq ilə pərişan etdim.

Sənə tapşırdığm oxlarını yaqdın, ey dil,Zaye’ etdin nə qədər kim, sənə, ehsan etdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Səbzə tək qıldı Füzuli, çıxarıb əşk əyan,Tən qübarində oxun hər necə pünhan etdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq