Bu, şükufeyi-gülzari-tövhiddir və növbaveyi-bustani-təmciddir
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
Ey munisi-əhli-zövq yadın,Əbvabi-oraəl kilidi adın!
Ey gənci-əta tilismi ismin,Sən gənci-nihan, cahan tilismin!
Ey cudi vücudi-kövnə vahib,Zati kimi e'tirafı vacib.
Ey silsileyi-vücudə nazim,Rəzzaqi-ərazilü əazim.
Ey pərdəkeşi-rümuzi-mübhəm,Müstəhfi intizami-aləm.
Ey nəqştərazi-səfheyi-xak,Sahibrəqəmi-xütuti-əflak!
Ey möhtəsibi-cəhati-ərkan,Kani-gühəri-vücubü imkan!
Ey məbdəi-feyzi-afəriniş,Səndən rövşən çiraği-biniş!
Ey pərdeyi-masiva niqabın,Səndən özgə sənin hicabın!
Ey sirri-vücudun əmri-məlum,Mövcud həmin sən, özgə mədum!
Ey yeddi gülü doquz gülüstanFeyzi-kərəminlə səbzü xəndan!
Ey varı yox eyləyən, yoxu var,Yox varlığında zənnü inkar!
Ey şahidi-qeyb pərdədari,Fikrin güli-mə'rifət bəhari!
Ey aləmə feyzi-cud səndən,Xəlqə şərəfi-vücud səndən!
Ey cümlə cahan sənə rizacu,Səndən xali, səninlə məmlu!
Ey şəm'i-əzəl fitiləsuzi!Bəzmi-əbəd əncümənffiruzi!
Ey şirkü şərikdən münəzzəh,Sirri-əzəlü əbəddən agəh!
Ey bari Xudayi-aləmaray,Təhsin işinə həmin ola ray!
Əhsəntə, zəhi həkimi-kamil!Nə şükr ola sün'ünə müqabil?
Fitrət rəqəmin çəkən zamanda,Həqqa ki, bir əmri-"kün fəkanda";
Höktn etdin ki, nə ola əhval,Nə vəz' ilə çizgİnə məhü sal.
Dövran nə zamanda ola axir,Hər dövranda nə oia zahir.
Necə ola fərdi-ııosü-Adəm,Hər fərdi onun nə edə hər dəm.
Əşyaya çox etmozəm təhəyyür,Səndəıı yanadır həmin təfəkkür.
Əşya əcəb olmaz olsa zahir,Çün var sənin kimi məzahir,
Ərama çü sənə qədimdir zat,İdrak sonə yetərmi, heyhat!
İdrakimizə kəmali-heyrət,Tövhidinə bəsdürür dəlalet.
Əndişeyi-zat qılmaq olmaz,Bilmək bu yetər ki, bilmək olmaz.
Ol dəm ki, urub binayi-möhkəm,Çəkdin rəqəmİ-nizami-alom,
Həqqa ki, xoş intizam verdin,Arayişini təmam verdin.
Etdin gərəyin gər az, gər çox,Bir nəsnə gərəkli yox ki, ol yox.
Bir növ ilo eylədin mühəyyaKim, gəldi qüsurdan mübərra.
Əşyadə əgərçi raz çoxdur,Ol kim ola razm onda yoxdur.
Əşya necə səndən olsun agah,Əlqüdrətü vəl-bəqaü lillah.1
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leyli-ve-mecnun-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkmədim mən qaşlarından göz, görüm ta xalini.
Görüşün nur verir dideyi-xunbarımızaVəslətin mərhəm olur sineyi-qəmxarımıza.
Kirpiyimdən qan sızar şamü səhər, bilməm neçin?Canımı üzməkdədir sonsuz kədər, bilməm neçin?
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib!Eyləmə rüsva özün, həm qəlbimi qan, ey təbib!
Başqa şairlərin şeirləri
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,