درد رسوایی نخواهد داشت درمان ای طبیب
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
درد رسوایی نخواهد داشت درمان ای طبیبخویش را رسوا مکن ما را مرنجان ای طبیب
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib!Eyləmə rüsva özün, həm qəlbimi qan, ey təbib!
هست بهبود تو در ترک علاج درد منچون ندارد فکر بهبود من امکان ای طبیب
Olmaq istərsən əgər asudə, qoy rahət məni,Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!
خون گشودن از رگ تن چیست گر داری مددشوق لعلش را برون آر از رک جان ای طبیب
Sən qan almaqla, yəqin, bir fayda verməzsən cana,Şövqi-ləlini çıxar mümkünsə candan, ey təbib!
هیچ شربت نیست بهر دفع سودایم مفیدغیر یاد وصل و ذکر لعل جانان ای طبیب
Olsa hər şərbət, bu sevda dərdinə etməz əlac,Şərbətimdir vəsli-yarü zikri-canan, ey təbib!
می کشی از غم مرا ظاهر بکن بهر خدادرد پنهان مرا پیش رقیبان ای طبیب
Qəmlə öldürsən məni izhar qılma kimsəyə,Qoy rəqibim bilməsin var məndə əfğan, ey təbib!
من نمی خواهم که این درد دل پنهان منبر تو هم ظاهر شود از تو چه پنهان ای طبیب
Məqsədim açmaq deyildi dərdimi əsla sənə,Istədim pünhan edim, səndən nə pünhan, ey təbib!
Məqtə — şairin təxəllüsü olan son beyt. کشته است از غصه مانند تو صد بی درد راچاره درد فضولی نیست آسان ای طبیب
Məqtə — şairin təxəllüsü olan son beyt. Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim,Gəl Füzuli dərdini sanma çox asan, ey təbib!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-52
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öylə rənadır, gülüm, sərvi-xuramanın səninKim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.
Payibənd oldum səri-zülfi-pərişanım görübPayibənd oldum səri-zülfi-pərişanın görüb,Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb.
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndirPərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Başqa şairlərin şeirləri · İlahi eşq
Yenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
AğlamaAğlamağı bacarırsan bilirəm,Gözlərinin yaşını bir silsənə.
Ya rəbbi, bu şəhrə, o üzü mah gələydiYa rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,