Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi
Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,Məcmueyi-xubana şəhənşah gələydi,Edəydi ədalət.
Hicran, mənə sən çox elədin zülmü sitəmlər,Səndən edərəm mən,Fəryadıma ol xosrovi-dərgah gələydi,Gör kim, nə şikayət.
Biləydi ki, Fərhad kimi təlxməzacəm,Bir dadə yetəydi.Ol ağzı şəkər, sözü şirin xah gələydi,Edəydi inayət.
Vaqif, gecələr eyləmək olmaz qəmə dərmanGər olmasa həmdəm,Allahdan olub lütf o həmrah gələydi,Qıl gündə mübahət.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-ya-rebbi-bu-sehre-o-uzu-mah-geleydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qasid, tezcə yardan gətir bir xəbər,Ol gülü-xəndanım neçün ağlayır?
AyrıldıqXeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.
AşiqəmBir əndamı nəsrin, dodağı qönçə,Bir qaməti gülbün yara aşiqəm.
Badi-səba, bir xəbər ver könlüməBadi-səba, bir xəbər ver könlümə,Ol güli-xəndanım neçün gəlmədi?
Başqa şairlərin şeirləri · İlahi eşq
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
ما از ازل مقامر و خمار آمدیمدردی کشان میکده یار آمدیم
Mirzə Abdulla (Sur) MəmmədzadəEy qardaşlar! Bir zamanlar elmisizlik dumanı,Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,