Etmok gərək əhli-feyzi-biniş,Təhqiqi-vücudi-afəriniş.

Bilmək gərək onu kim, cəvahirNə gənci-nihandan oldu zahir?

Nə dairədir bu dövri-əflak,Nə zabitədir bu mərkəzi-xak?

Cismə ərəzi kim etdi qaim,Narə nədən oldu nur lazim?

Hər xilqətə gərçi bir səbəb var,Aya, səbəbi kim etdi izhar?

Gər kaf ilə nundan oldu aləm,Aya, nədən oldu kafü nun həm?

Bihudə degil bu karxanə,Bifaidə gərdişi-zəmanə.

Haşa ki, bu bargahi-aliBir dəm iyosindən ola xali.

Haşa ki, bu türfə nəqşi-qərraNəqqaşından ola mübərra.

Fikr eylə və gör, nədir bu üslub,Nə saniedir bu vez'i-mənsub?

Hər zərreyi-zahirin zühuriBir özgəyə bağlıdır zəruri.

Gər qayətə eyləsən təəmmül,Zahir olur onda məzhəri-küll.

Versən özünə fənayi-mütləq,İsbat olur ol fəna ilə həq.

Gər var isə mə'rifət məzaqi,Fani sənə bəs dəlili-baqi.

Həqqa ki, həmin vücud birdir,Bir zatə vücud münbəsirdir

Əksidir onun vücudi-əğyar,Mə'nidə yox, e'tibar ilə var.

Var olani xəlq yox sanırlar,Yox varhğma aldanırlar.

Yoxdur bu vücudun e'tibari,Həq ayinədir, cahan qübari.

Ey əq!, ədobə riayət eylə,Bu bilmək ilə kifayət eylə!

Təhqiqi-sifaiə qane olğıl,Əndişeyi-zatə mane olğü!

Ol pərdəyə kimsə rah bulmaz,Təhqiq bil, onu bilmək olmaz.

Gər yetsə idi bu sirrə idrak,Demozdi Rəsul "maərəfhak”

Xəlq oldu bu bəbri-heyrətə qərq,Ta xəlqdən ola Xaliqə fərq.

Hər riştə ki, Haqq əyan edibdir,Sərriştəsini nihan edibdir.

Bir kimsə əgər olaydı agahKim, xəlqi necə yaradır Allah,

Mümkün ki, iradətilə ol həmXəlq edə biləydi özgə aləm.

Verməz çü kəmali-hikməti-HəqTəhqiqi-rümuzə rahi mütləq,

Faş oldu ki, sirri-Həq nihandır,Aləmdə nişanı binişandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri