Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,
Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.
Rüxün dövründə bir divanədir sövdayi-zülfün kim,
Pərişanlıqdan olmuş, mən kimi, məşhuri-dövranın.
Həvadən kakilindir təprənən, ya rişteyi-candır,
Ki, hərdəm cizginib başinə istər ola qurbanın.
Müsəlsəl zülfi-mişginindən artırmış rüxün rövnəq,
Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın.
Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim,
Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.
İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən
Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.
Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,
Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ne-xosdur-arizin-dovrunde-zulfi-enber-efsanin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gah günəş adlandı şerində gözəl, gahi qəmər.
Dedin ki, əhli-vəfayə cəfa sən etməyəsənYaman olar, bu xoş əhdə vəfa sən etməyəsən.
Bu diyar içrə mənə nə yar, nə qəmxar varHeç nəyəm, bir kəs mənə qılmaz cahanda etibar.
Ləlində həyat suyu rəvandırEşqinlə həyat cavidandır.
Başqa şairlərin şeirləri · Eşq
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
Sevənlərin nə vecinəSevənlərin nə vecinəŞaxta kəssin nə qədər,