بر آن شدی که باهل وفا جفا نکنی
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
بر آن شدی که باهل وفا جفا نکنیخوش است عهد چنین آه اگر وفا نکنی
Dedin ki, əhli-vəfayə cəfa sən etməyəsən,Yaman olar, bu xoş əhdə vəfa sən etməyəsən.
منم نشانه تیر تو ای کمان ابرونظر بغیر مینداز تا خطا نکنی
Mənəm nişan oxuna, ey qaşı kaman zalim,Rəqibə salma nəzər ki, xəta sən etməyəsən.
چو شاه ملک ملاحت تویی روا نبودکه حاجت من درویش را روا نکنی
Gözəllik aləminin şahisən, rəva olmazKi, mən gəda nə dilərsəm, rəva sən etməyəsən.
بچشم سرمه نازت کشیده اند ولیبشرط آن که نگاهی بسوی آن نکنی
Bu şərt ilə gözünə çəkdilər ki, sürmeyi-naz,Bizə tərəf nəzər, ey məhliqa, sən etməyəsən?
نگویمت که چرا جور می کنی بر منتویی ترحم و من بی زبان چرا نکنی
Mənim dilim qurumuş, səndə rəhmdən yox əsər,Necə deyim mənə cövr etmə, ta sən etməyəsən?
دلا ز غمزه او چشم التفات مدارکه خویش را هدف ناوک بلا نکنی
Könül, kərəm diləmə nazü qəmzəsindən kim,Özün nişaneyi-tiri-bəla sən etməyəsən.
Məqtə — şairin təxəllüsü olan son beyt. طریق عشق فضولی بسی مخاطره استز دست دامن تقوی مگر رها نکنی
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, eşq yolunda böyük xətərlər var,Deyilsən aşiq, əgər can fəda sən etməyəsən.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-408
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edərHəqqa ki, hirqəti-hekayəti-pürşikayəti-vaqieyi-Kərbəla bir atəşicigərsuzdurki, əgər bir şö’ləsinin şərhin kilki-xurşidlə mühərririkargahi- qəza səfheyi-ruyizəminə
Başqa şairlərin şeirləri · Eşq
Ayrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,