Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edər
Həqqa ki, hirqəti-hekayəti-pürşikayəti-vaqieyi-Kərbəla bir atəşicigərsuzdurki, əgər bir şö’ləsinin şərhin kilki-xurşidlə mühərririkargahi- qəza səfheyi-ruyizəminətəhrir etsə, hərarətdən əczayizəmin cüşa gəlüb buxarı tənuri-asimandaHəməlü Hutu büryan edər və riqqəti-rəvayəti-məlalətqayəti-şühəda bir həlaləti-cangüdazi-qəmənduzdurki, səriri-rə’dlə səhabi-saiqəbar bir qətrəsinin vəsfingərduna təqrir etsə, tarəmi-çəharümdə Məsihi-mücərrəd zülali-həyatından həlavətgedər. Şe’r:
Səhl sanman Kərbəla qovğasın, ey əhli-xirəd,Ərseyi-bidadü meydani-bəladır Kərbəla.Sorsalar kim, qansı mənzildir məsayib məcmə’i,Ün verür qəsri-fələk kim, Kərbəladır, Kərbəla.
Həmana ki, hədiqeyi-tinəti-Adəm mənbəti-nihali-xilafət olduqda və qamətiiste’dadi-bəşəriyyət xilqəti-"Və ləqəd kərrəmna" ilə zinət bulduqda məlaikənin"Ə-təc’əlü fiha mən yüfsidu fiha" kinayəsindən qərəzləri fəsadi-vaqi’eyi-Kərbəla idi və məzmuni-"İnni ə’ləmu mala-tə’ləmun" işarətindən murad olmüsibətdən müstəfad olunan dərəceyi-kəmali-Hüseyn bin Əliyyi-Murtəza idi.Filvaqe’, vaqi’eyi-Kərbəladan ziyadə fəsad mümkün olmaz və bəladan hasil olanməratibdə mərtəbeyi-şahi-Kərbəladan ə’la mərtəbə surətiehtimal bulmaz. Qit’ə:
Gər bəlayi-Kərbəla ol şah qədrin arturub,Xəlqdən mümtaz ana verdi ülüvvi-iqtidar.Kərbəla həm ol şəhi-mə’sumdan rəf’ət bulub,Xəlqə olmuş qədr ilə mənzuri-eyni-e’tibar.
Fəzayi-qəmfəzayi-Kərbəla bir gülzardır ki, abü həvayi-sərabü səmumla nəşvünəma bulan sərvi-rəvanı girdbadi-bəladır və seylabiəşki-həsrətlə pərvərdə olangülbüni-gülbərgfəşanı xari-cəfadır. Qit’ə:
Çeşmə nisbət dəmbədəm pakizətinətlər gözün,Əşkbar eylər məlali-zikri-xaki-Kərbəla.Ağladırsa Kərbəla toprağı dərd əhlin, nolaBu müqərrərdir ki, daim göz yaşardır tutiya.
Rəvayətdir ki, Hüseyn ibn Əli mütəvəllid olduqda HəzrətiIzzətdən Cəbrailəəmr oldu nüzul edüb həm viladət təhniyəsin verə və həm şəhadət tə’ziyəsinyetürə. Cəbraili-Əmin nüzul etdikdə Hüseyni-məzlum Həzrəti-Rəsulun kənarındaidi. Ol Həzrət təhniyət yetürdikdən sonra izhari-tə’ziyət qıldı. Həzrəti-Rəsulayıtdı: "Ey bəradər, səbəbi-təhniyət mə’lumdur, vəsileyi-tə’ziyət nədir?" Cəbrailayıtdı: "Ya Rəsulullah, bu məzlumu səndən sonra Kərbəlada tiği-cəfayla zalimlərşəhid edərlər". Həzrəti-Rəsul ol halətə giryan olub, Həzrəti-Murtəza hazır idi.Səbəb sorduqda ol Həzrət ixtiyarsız izhari-surəti-hal etdi. Həzrəti-Murtəza dəxigiryan olub mənzilinə mütəvəccih olduqda Həzrəti-Fatiməyə ol halı zahir etdi.Fatimə giryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb dedi: "Ey məxdum, ələlitlaqbu nə xəbərdir ki, Əli Həzrətinizdən nəql edər?" HəzrətiRəsul ayıtdı: "EyFatimə, bu vaqi’ənin naqili Cəbraildir". Fatimə ayıtdı: "Ya Rəsulullah, bu surətnə vaxt zühura gəlür?" Həzrəti-Rəsul ayıtdı: "Bəndən və səndən və Əlidən vəHəsəndən sonra". Fatimə ayıtdı: "Ya Rəsulullah, müsibətim ziyadə oldu. Aya, bumüsibət vaqe’ olduqda bənim məzlumum üçün kim ’əza dutar?"
Rəvayətdir ki, ol halətdə hatifdən nida gəldi ki: "Ey xatuniqiyamət,axirüzzəman əhlindən xanədani-risalət müxlisləri hər yildə bu matəmi tazəedərlər və Qiyamətədək bu rəsmi dünyadə yürüdələr".
Rəvayətdir ki, şahi-Kərbəla mütəvəllid olduqda Cəbraili-Əmin təhniyə üçünHəzrəti-Rəsul xidmətinə gəlürkən yolda bir firiştə gördü Fətrəs nam, şikəstəbalvə pərişanhal. Müqimi-zirveyi-izzət ikən mübtəlayi-dami-zillət olduğununvəsiləsin sual etdikdə Fətrəs ayıtdı: "Ey Cəbrail, bənim bir xidmətdə ehmalımolub, atəşi-qəhri-İlahi pərübalım yaxub bəni bu hala buraxdı. Aya, bu vaqi’ənin heç çarəsi mümkünolurmu?" Cəbrail ayıtdı: "Bən Həzrəti-Rəsul xidmətinə getməliyəm. Bənimləgəl, ola ki, şəfa’ətinə məzhər vaqe’ olasan". Fətrəs Cəbrail ittifaqilə Həzrəti-Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Hüseyni-məzlum həzrəti-xacə kənarındaidi. Ol Həzrət buyurdu ki, ey Fətrəs, kəndüni bənim Hüseynimə yetür vəə’zayiməcruhini kəfi-payi-şərifinə sür. Fətrəs həsbülfərman əməl edüb olmülamisə bərəkətiylə məğfur olub, balü pər peyda qılub mö’bədinə ’övdət edübibadətə məşğul oldu. Və Həzrəti-Hüseyn bin Əli şərbətişəhadət içdikdə vaqifolub, cəzayi-ehsan istid’asiylə münacat etdi ki, "ya Rəb, noleydi bana əmr oleydixidmətimdə olan yetmiş bin firiştə ilə Hüseynin mü’avinətinə hazır olaydım".Həzrəti-İzzətdən nida gəldi ki, "ey Fətrəs, əgər ol dövlət müyəssər olmadisə, halamüqərrər etdim ki, xidmətində olan firiştələri Kərbəlaya varub ol məzlumunməzarı üzrə Qiyamətədək tə’ziyət dutub, ağlayıb qətərati-əşkirəvanın savabınanda tə’ziyət dutanlara nəzr edəsən. Şe’r:
Gəl ey rəsmi-vəfadan dəm uran, əşki-rəvan göstər,Mücərrəd qövlə qane’ olma, isbat et, nişan göstər.Dili-pürxuni-suzanın misali-qönçeyi-lalə,Məlamət xəncəriylə çak qıl, daği-nihan göstər.
Elməfrazi-mə’rəkeyi-məsayibi-Kərbəla və əncümənsazi-matəmkədeyi-asari-nəvayibi-şühəda rayəti-rəvayətə bu tərzlə təhrik vermiş və sürudü rudi-hekayətibu qanunla izhara gətürmiş ki, çün ə’yanü əşrafi-Kufənin surəti-sədaqətləriMüslimi-Əqil təsdiqiylə Həzrəti-İmama mə’lum oldu və caddeyi-müsadiqətdəsabitqədəm olduqları ol müxbiri-sadiq e’lamiylə vüzuh buldu, Həzrəti-İmaməsbabi-səfər mühəyya qılub, müstə’idi-müsafirət olduqda əhbabü əhibba hərtərəfdən xidməti-şərifinə gəlüb və hər nə qədər ki, mən’ etdilər, müfid olmadı vəhər necə ilhah qıldılar, faidə qılmadı. Bir gecə Əbdullah Əbbas mülaqati-şərifinəmüşərrəf olub nəhayəti-tə’zimü təkrimdən sonra ədəb təriqiylə ayıtdı. Şe’r:
Ey zəmiri-ənvərin ayineyi-gitinüma,Afitabi-təl’ətin misbahi-ənvari-Huda.Əzminə nüsrət müqarin, pə’yinə hikmət qərin,Əmrinə tabe’ fələk, fərmaninə qail qəza.
"Ya İmami-zəman, lütf edüb Kufə ’əzimətin tərk eylə və Məkkədən çıxma ki,atan Əli ibn Əbi Talib ol diyara təvəccöh qıldıqda giriftari-dami-bəliyyat oldu vəqarındaşın Həsəni-Muctəba ol mülk əhlindən təfriqeyi-xatir buldu".Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, zahirən müsəlmanlarməktublar irsal edüb hüzurimi istid’a qıldılar və iltimasla nüsrətiməmütəkəffil oldular və mümkündür ki, bu surətdə icrayi-ümuri-həq surət bula vətərvici-şəri’ət müyəssər ola". Əbdullah ayıtdı: "Ey məxdumzadə, hənuz KufəYezid təsərrüfindədir. Əgər anın naibin ixrac edüb şəhri Müslimə təslimedərlərsə, ol canibə getmək münasibdir və əgər qəziyyə mün’əkis olsa və ləşkəri-Yezidlə müqavimət lazım gəlsə, mümkündür ki, ol canibdən surəti-nüsrət zühuragələ və Həzrətinizə anda iztirab mütəvəccih ola". Həzrəti-Hüseyn ayıtdı: "EyƏbdullah, bu gecə bu xüsusda bir təəmmül edüb yarın sənə cəvab verəyim".Əbdullah Əbbas mənzilinə müraciət qıldıqda Həzrəti-İmam Kəlamullahdanistixarə təriqiylə mütəvəqqe’i-nəsihət olduqda bu ayət falına gəldi ki: "Kullunəfsin zaiqatu’lmovti və innəma tufunə ucurəkum yovməl-qiyaməti". Həzrəti İmamayıtdı: "Sədəqə’llahü’lə’zim və sədəqə rəsuluhu’l-nəbiyyul-kərim". Fali-Müshəf şəhadətim xüsusunda Həzrəti-Rəsulullah vaqi’əmdə gördügümkəlimatinə münafiq gəldi və mütabiq vaqe’ oldu. Lacərəm qələmi-təqdirlə təhrirolan qəziyyə, əlbəttə, təğəyyür bulmaz və əhkami-qəza iqtizayitəmşiyyətqıldıqda, çarə ilə məmnu’ olmaz. İkinci gün Əbdullahi-Əbbas hazır olub ayıtdı:"Ya İbn Rəsulullah, nə tədbirə qərar verdinüz və Kufə ’əzimətində nə məsləhətgördünüz?" Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, əziməti-səfər müsəmməmdir vəbinayi-niyyəti-müsafirət möhkəm, zira mühəqqəq bilürəm ki, Yezid bəndəntəğafül qılmaz və dəf’ü rəf’im tədbirlərindən qafil olmaz. Riza verməzəm ki,xani-şərifi-Kə’bə qibleyi-’aləm ikən sipahi-əhli-zəlalət paymalı olub, kəsrihörmətbulmağına bən səbəb vaqe’ olam və rəva görməzəm ki, ərzi-mübarəki-Bətha möhtərəmü mükərrəm ikən daməni-pakın alüdeyi-xun və xəlqini pərişanqılam. Səlah oldur ki, bu silsileyi-fitnəyi bir qeyr diyara çəkəm və toxmitəfriqəyibir qeyr məzrə’əyə tökəm". Şe’r:
Qanda kim eyləsəm məqam, banaFitnə həmdəm, bəla mülazİmdir.Hərəmi-Kə’bəni bəlalarla,Mübtəla eyləmək nə lazımdır.
Əbdullah ayıtdı: "Ey məxdumzadə, əgər, əlbəttə, maili-səfərsən, barı, Yəməncanibinə təvəccöh qıl ki, məmləkəti-vəsi’ və ’ərseyi-’əriz olub, hüsunü qila’ibihəddü bişümar və qəbileyi-Həmədan təmam mühibbi-xanədani-Əhmədi-Muxtardır. Yəqin ki, ol diyara sən varub qərar tutduqda ətrafü cəvanibdənmüxlislər və mücahidlər cəm’ olurlar və sənə mü’avinət qılurlar". Hüseyn ayıtdı:"Ey Əbdullah, sənin kəmali-şəfqətini kəndü xüsusimdə mühəqqət bilurəm vəkəlamın məhzi-nəsihət olduğuna mö’tərif oluram. Əmma nə çarə, qaidi-qəzazİmami-iradətimi canibi-İraqa çəkməkdədir. Nihanxaneyi-hikmət sirrinə yetməkolmaz və iradəmi təqdirdən təcavuz etmək olmaz. Minbə’d bu xüsusda mübaliğəqılma və mane’ olma ki, bizə ’əyan olan əsrar sizə nihandır, netə ki, hikməti-xərqi-səfinə Musaya məxfi və Xızra əyandür. Və bən ol kimsənin varisi-elmiyəmki, kərratla minbər üzrə buyurmuşdur ki, "Utitu elməl-mənaya və’l-bəlaya". Vədəxi buyurmuşdur ki, "Sə’luni əmma dünə’l-’ərşi". Ey Əbdullah, əsrarihikmətbizə məxfi olmaz və feyzi-ismət bizi aludeyi-qəflət qılmaz". Əbdullahi-Əbbasayıtdı: "Ya İmam, bana dəxi xidməti-şərifində olmaq məqsud idi, əmma halarayizi-qəza ’inani-əzimətimi Mədinə canibinə mün’ətif qılmış. Ümidvaram ki,həzrətiniz Kufəyə vardıqda şərəfimülazimət müyəssər ola, əmma bilməzəm ki,əyyami-müfariqətində ruzigar bəni nə bəlalara giriftar qıla". Şe’r:
Ağla, ey göz kim, təni-bimar candan ayrılur,Can ilə cismim rəfiq olmuşdu, andan ayrılur,Nalə qıl, ey dil, ki tuti şəkkəristandan çıxub,Bülbüli-zari-bəlakeş bustandan ayrılur.
Rəvayətdir ki, Əbdullahi-Əbbasdən sonra Məhəmməd Hənifə, Əbdullahi-Ömərvə Əbdülluhi-Zübeyr xidməti-şərifinə gəlüb ənva’imüqəddəmatla nəsihətqıldılar, sudmənd olmadı və faidə qılmadı.
Ayıtdılar: "Ya İmam, bu israra səbəb nədir?" Həzrəti-Hüseyn ayıtdı: "Ey qövm,həqqa ki, bu gecə vaqi’əmdə gördüm, Həzrəti-Rəsul buyurdu ki, "Ey Hüseyn,Kufə ’əzimətində tə’xirü tə’əllül etməyəsən və təriqi-təqsirü təkahül dutmayasanki, Həzrəti-Sultani-Səriri-Kibriya səni ol büq’ədə alüdeyi-xakü xun görmək istərvə məlaikəyə kəmali-səbrin ərz edib mərtəbeyi-itaətin göstərmək istər. Təvəqqüfbu xidmətdə xətadır və tə’əllül narəva". Əshabü əhbab ol kəlimati istima’etdikdə ayıtdılar: "İnna lillahi və inna ileyhi raci’un". Ey Hüseyn, çün nəhayətiəzminmə’lum oldu və qayəti-müsafirətin vüzuh buldu, bu ətfalü əyalı nə ümidilə diyari-qürbətə salursan və nə vəsilə ilə sərgərdan qılursan?" Hüseyn ayıtdı:"Ey əzizlər, Əhli-Beytin əhvalın dəxi Həzrəti-Rəsula ərz etdim. Buyurdi ki,anları dəxi Vacibülvücud zalimlər əlində əsirü aciz görmək istər və anlara dəxi olbəlaya müqabil cəza yetürmək istər".
Əlqissə, əshabü əhbabla vida’ edüb, təhiyyeyi-əsbabi-səfər qılub, ol sultani-səriri-bəla və şahənşahi-məsnədi-izzü ə’la cəmi’i-ətba’ü əşya’in cəm’ edüb vəmüxəddərati-hücreyi-ismət və cəvahiri-əsdafitəharətçün mişkinmuy naqələrüzərinə münasib hövdəclər və əmarilər mürəttəb etdirib, bir sübhdəm ki, şahiəncümhaşiyeyi-səbzəzari-sipehri-lacivər difamə xeymeyi-zərrintənab tikdi vəfərraşi-sübhi-sadiq rövzəneyi-şəbistan zülmətinə pərdeyi-zərnigar çəkdi,ələmiəzəmət və livayi-fəthü nüsrət qaldurub və sədayi-kusi-rehlət və sədmeyi-nəfiri-irtihalilə cərasvar qübbeyi-zəngarguni-asimanı doldurub, İttifaqən həm olgün ki, Müslimi Kufədə şəhid etmişlərdi, Məkkədən çıxub mütəvəccihi-İraqoldu. Şe’r:
Kəsbi-şəhadət etməgə qürbət diyarinə,Oldu rəvanə qafileyi-izzü ehtişam.Əşrafi-Əhli-Beyt səfər ixtiyar edüb,Səyyarə oldu əxtəri-gərduni-din təmam.
Ol sərvəri-din və nəqdi-seyyidi-mürsəlin əhli-Məkkə ilə vida’ edüb rəvanolduqda əraziyi-Məkkəyə lərzə düşüb, xəvasü əvami-Hicaz bə’zi mürafiqət üçünvə bə’zi müşayiət üçün mütəhərrik olub, bir zəlzələ qopdu ki, nəzzarəsi ’üyunitirə və təəmmüli ’üquli xirə qıldı. Və ələmi-müfariqətindən [xəlqə] bir giryəqalib oldu ki, olgiryədən əbri-bəhar münf’əil olurdu. Şe’r:
Xaneyi-Kə’bə urdu köksünə daş,Çahi-Zəmzəm axıtdı gözdən yaş.Xaki-paki-xətireyi-Bətha,Zərrə-zərrə binüb səməndi-səba,Ol şəhənşaha oldular həmrah,Çıxdı çərxi-bərinə gərdi-sipah.
Təmamiyi-əşrəfi-büq’eyi-Kə’bə və xəvasü əvami-Məkkə bir mənzil olşəhriyari-alimiqdar və sultani-kamgarın mülazimi-rikabihümayuni olub təriqimülazimətriayət qıldılar. Qimmeyi-şadirvani-rif’ət zinəti-ruyi-zəmin olduqda vəorduyi-hümayun sə’adətlə nüzula icazət bulduqda, Həzrəti-İmam bir fəzayi-fərəhfəzadəbir kürsi nəsb etdirib, üzərinə çıxub, həmdü sənaya möhtəvi və şükrüsipasa müştəmil bir xütbeyi-bəliğ ədasından sonra nida qıldı ki, "Eymə’şəriəshabi-girami və ey hüzzari-məclisi-cami! Mən səyyahi-badiyəpeymayisəhrayi-müsibətəm, bən müsafiri-biyabannəvərdi-badiyeyimöhnətəm. Bənsəyyareyi-asimani-qürbətəm, bən saliki-təriqişəhadətəm. Xatiri-fatiriməəndişeyi-ləzzati-dünya güzar etməz və zəmiri-pürtəşvirimə xəyali-təsərrüfi-mülki-aləm yetməz. Səhifeyi-söhbətim nəqşi-hiylədən mü’ərradır və cərideyi-ülfətimtərzixud’ədən mübərradır. Heç bəndəyi iqtinayi-fəvaidi-dünyəvivə’dəsiylə müqəyyəd etməzəm və heç fəqirin e’tilayi-məratibü mənasibmüjdəsiylə daməni-tə’əllüqin tutmazam. Təhti-livayi-rif’ətimdə sayeyi-səltənəti-suritəmənna qılan sərrişteyi-irtibatın silsileyi-ülfətimdən qət’ etsün və növbəhari-şövkətimdərəyahini-tənə’ümati-məcaziyə talib olan tərki-ülfətim dutsun". Şe’r:
Bən bəla dəryasinə qərq olmağa basdım qədəm,Gəzməsün girdabvəş çevrəmdə hər canın sevən,Bən fəna deyrində mənzil dutmağa əzm eylədim,Durmasun yanımda mülkü qəsrü eyvanın sevən.
Bu nəsihətdən sonra şəm’i-şəbistani-hərəmsərayi-’ismət olub, sabahadəksuzü güdazla övqat keçirdi. Ələs-səbah ki, tiği-şə’şəeyixosrovi-xavər rabiteyi-nurdanzülmət silsiləsin qət’ qıldı və sipahi-Rumü Həbəş bir-birindən ayrıldı, olmənzildən orduyi-humayun irtihal qılub və əhbabi-həqiqi və məcazi bir-birindənayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya möhkəm idi, vida’ edib Məkkəyəmüraciət qıldı və ol ki, təriqi-vəfada rasixdəm və sabitqədəm idi, mürafiqətdəyekcəhət oldu.
Rəvayətdir ki, ikinci mənzildə Həzrəti-sultani-Kərbəla bir namə təhrir edübammeyi-Bənu Haşim və kaffeyi-Bənu Əbdülmüttəlibə irsal etdi bu məzmunla ki:"Ey silsileyi-intisabi-Rəsulullaha müntəzəm olan cəvahiri-əsdafi-səadət, və eyşərəfi-qürbi-Mustəfa bulan zəvahiri-hədayiqi-siyadət! Gəncineyi-iqbali-biintiqalatəriqi-təsərrüf bulmuşam. Kəmali-mürüvvətim iqtizayi-səlayi-’amm edər vəmaideyi-ne’məti-bizəvala mehman olmuşam. Hüsni-sirətim təqazayi-əxbarüe’lam edər. İmdi münhiyi-məktubi-şərifim əxbaritəvəccöhüm e’lam etdikdə vəbəşiri-risaleyi-lətifim sizə yetdikdə hər kim iste’calla gəldi, bu gəncinədən bəhrəbulub bu maidədən nəsib aldı; və hər kim təvəqqüf qıldı, məhrum qaldı,vəssəlam". Məktub irsal edüb, barxanələr yüklənib rəvan oldu. Bir neçə mənzilqət’ olunduqdan sonra əsnayi-təriqdə Səbah nam mənzildə Fərəzdəqi-şair ki,İraqdan gəlüb Hicaza gedərdi, ol Həzrətin pabusi-şəriflərinə müşərrəf olub izhari-du’avüsəna qıldı bu təriqlə ki. Şe’r:
Əssəlam, ey nəqşi-nə’li-mərkəbin Mehrabi-din,Həlqeyi-fitraki-rəxşin rişteyi-Həblülmətin,Tərhi-orduyi-humayunin tirazi-məhdi-mülk,Nəqşi-çətri-bargahın zinəti-ruyi-zəmin.
Həzrəti-İmam andan əhvali-İraq istifsar etdikdə ayıtdı: "Ya İbn Rəsulullah,əhli-Kufənin əf’allərin əqvallərinə müxalif gördüm".
Həzrəti-İmam anın sözünə təsdiq edüb, ol mənzildən dəxi rəvan olubBətnür-rümmə deməklə mə’ruf mənzili müxəyyəmi-xiyami-orduyihumayunedüb, ol mənzildən əhli-Kufəyə Qeys bin Məşhərlə bir namə irsal etdi, buməzmunila ki: "Əkabirü ə’yani-İraq və ə’azimü əşrafi-Kufədən təriqi-məvəddətimdəqədimülvidad və caddeyi-ita’ətimdə səlimül-e’tiqad olan sənadidi-’izam və firqeyi-mə’arifigiram şəraifi-təslimati-inayətəncam və lətayi-fitəhiyyati-səadətixtitama ixtisasi-tam bulduqdan sonra mə’lum edələr ki,əmmzadeyi-cəlilül-qədri-bi’ədil Müslim bin Əqil ki, vəkili-mö’təmidim vərəsuli-mö’təqidimdir, bu canibə irsali-rəsayil edüb məzmununda sizing surəti-ixlasüe’tiqadınızı ərz etməgin silsileyi-təvəccöhümüz ol canibə mütəhərrik olubvə uqabi-həyati-rif’ətü iclalım ol ərsə həvasiyləbalü pər açub, mütəvəccih olmuşam və ehtİmamla əzimət qılmışam. Ümmid ki,Həzrəti-İzzət tövfiqi-iqtisal müyəssər qıla və bu namə Bətnürrümmədən sizəinfaz olundu, ta mə’lum ola".
Rəvayətdir ki, Həzrəti-İmam Məkkədən çıxıb mütəvəccihi-Kufə olduqdaYezidin anda olan ə’vanü ənsarından Übeylullahi-Ziyada məkatib irsal olunubxəbər yetmişdi və Übeydullahi-Ziyad cəm’işəvarii və mənazili mö’təmidkimsənələrinə tapşurub məsun və məzbut etmişdi. Qeys bin Məşhər ki, Həzrəti İmamınməktubi-şərifin Kufə ə’yanına yetürmək qəsdinə iste’calla gedərdi,Qadisiyyə mülkünə yetdikdə İttifaqən ol məqamın hifzinə mə’mur olan Həsənbin Təmim mə’lum edüb, ol məzlumu dutub Übeydullahi-Ziyada irsal etdikdəÜbeydullahi-Ziyad ol bigünahı şəhid etdi. Əmma Həzrətiİmam mənazilü mərahilqət’ edüb gəlirkən Dürud nam mənzilə yetdikdə gördülər bir xeymə qurulmuş vəbir sərapərdə urulmuş. Həqiqəti-halın sual etdikdə dedilər: "Züheyr bin QeysNəhai Məkkədən gəlüb mülkinə gedər". Həzrəti-İmam bir xidmətkar irsal edibanın ehzarın murad etdi. Hüzuruna gəldikdə ayıtdı: "Ey Züheyr, biz gövhəriri-zayi-Həqtəmənnasında dəryayi-bəla qəvvaslarıyuz. Nəhəngi-nayibədən ehtirazetməyən bizə həm’inan olur. Və biz cövhəri-qürbi-İzəd təvəllasında səhrayisəbatüsəbr səyyahlarıyız. Hücumi-hadisədən ictinab etməyən rəfaqətimizərəğbət qılur. Aya səndə ol himmət olamı ki, meydani-məhəbbətdə mərkəbi-mücahidətyügürdüb həm’inan olasan və şəmşiri-şücaət çəkib mürafiqətqılasan?" Züheyr ol növbəhari-tövfiqdən gül kibi xəndan olub dedi: "Ya İmami-Zəman,bir müddətdir ki, bu səadətə müntəzirəm, əlminnətü lillah, müyəssər olduvə hüsni-tale’im hüsuli-mərama müavinət qıldı". Şe’r:
Gəldi ol dəm ki, qılam canımı canana fəda,Eyləyəm ərzi-məhəbbət, qılam izhari-vəfa.
Həm ol sa’ət mənzilinə mü’avidət qılub, əshabü ətba’inə ayıtdı: "Ey qövm,bən qərqeyi-girdabi-məhəbbət oldum və canibi-üqbaya təvəccöh qıldım. Bəlayamütəhəmmil olub fənaya riza verən bənimlə gəlsin və müqəyyədi-rahət olubarizuyi-fərağət qılan müfariqət qılsun". Və mənkuhəsina ayıtdı: "Ey yari-əziz,bən nəqdi-can sərf etməgə şəhadət bazarına təvəccöh etmişəm, sən bənimmalımdan həqqini alıb bəndən müfariqət ixtiyar et". Və bir rəvayət budur ki, olövrət təlaq alub qarındaşiylə Kufəyə [getdi]. Və bir rəvayət budur ki, dedi: eyZüheyr, sən Hüseyn mülazimətin ixtiyar etdin isə, bən dəxi xatuni-Qiyamətxidmətin ixtiyar etdim. Ittifaqla Kərbəlaya gəldilər.
Çün Həzrəti-İmam Şüquq nam mənzilə nüzul etdi, Kufədən bir kimsənə gəlibxəbər verdi ki, Müslimi-Əqil və Hani bin Ürvəyi şəhid etdilər və başların Şamagöndərdilər. Həzrəti-İmam ayıtdı: "İnna lillahi və inna ileyhi raci’un".Rəvayətdir ki, Müslimi-Əqilin on üç yaşında bir qızı olub hərəmsərayiismətdəmüsahibəti-müxəddərata müşərrəf idi və Həzrəti-İmam ana qayətdəehtiram edərdi. Müslimin xəbəri-şəhadəti istima’ olunduqda Həzrəti-İmamhərəmsərainə gəlüb, ol qızı görüb hər gündən ziyadə iltifat etdi. Ol salehəfərasətlə mütəvəhhim olub ayıtdı: "Ya Hüseyn, məgər Müslim şəhid olubdur ki,bana yetimlər ri’ayətin edərsən". Həzrəti-İmam təhəmmül qılmayub giryan olubayıtdı: "Ey salehə, Müslim getdi isə, bən anın yerinə". Ol fəqirə Müsliminşəhadətin təhqiq etdikdə bünyadi-növhə qılub və baqi vladı nalan olub matəmindutdular.
Rəvayətdir ki, bu xəbər şaye’ olduqda və sübut bulduqda bə’zi rüfəqaHəzrəti-İmama qəsəmlər verib mübaliğələr qıldılar ki, ya İmam, kəndünüzə vəbu ətfalü əyalə cəfa rəva görüb Kufə canibinə getmin və bu təhlükədən ehtirazedin [ki,] mə’rəkəyi-qəlizdir.
Həzrəti-İmam təəmmül edüb, bir zəman sükut ixtiyar etdükdə Müsliminövladı hücum edüb ayıtdılar: "Ya İmam, əhli-Kufədən Müslimin qanınalmayınca bizə müraci’ət mümkün degil. Heç kimsənə getməz isə, barı, bizgedəriz, ya intiqam alaruz və ya kəsbişəhadət edəriz". Şe’r:
Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,Nəqdi-can sərf eyləyib dünyada, kam almaq gərək.Əcz ilə dönmək ədudən səhldir, himmət dutub,Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.
Hüseyni-məzlum ol himməti görüb əshabına ayıtdı: "Laxəyrə, fi’l əyşi-bə’dəha’ulai". Yə’ni bunlardan sonra həyatdan ləzzət görmək olmaz. Kufə ’əzminəyekcəhət olub, ol mənzildən köçüb Maləmənzilinə nüzul etdikdə Ömər bin Sə’ddən bir məktub varid oldu, məzmunundabu ki: "Ey Hüseyn, əhli-Kufə iqrarlərinə inkar edüb Müslimi-Əqili şəhid etdilər.Və Müslim hiyni-şəhadətdə bana vəsiyyət etmişdi ki, bu əhvalı sənə e’lam edəm.Gərəkdir ki, bu əxbarı mə’lum etdikdə həzərində olasan və Kufə ’əzimətinintərkin qılasan".
Bu xəbər şəhzadənin orduyi-humayunində intişar və iştihar bulduqda ətrafücəvanibdən təmə’i-dövləti-dünyaçün cəm’ olanlar güruh-güruh pərişan oldılar vəmeydani-vəfada sabitqədəm olanlar qaldılar. Ol mənzildən dəxi rehlət edüb,Bənilmüqatilə gəldikdə bir sərapərdə gördülər ki, qurulmuş. Həqiqətin sualetdükdə dedilər: "Əbdüllah bin Hürrindür". Və Həzrəti-İmam İbn Həccacı ki,anın qəbiləsindən idi, mütalibətinə irsal etdi. İcabət qılmayub, Həzrətiİmambizzat anın mənzilinə təşrif buyurub ana təklifi-rəfaqət qıldı. Əbdullah bin Hürrayıtdı: "Ya İmam, Yezidin ləşkəri çoxdur və sənin xidmətində olanlar şərzimeyiqəlilolub anlarınla tabi-müqavimətləri yoxdur. Qalib oldur ki, məğlub olalar vəmücərrəd bənimlə rəxneyiafət məsdud olmaz. İltimas edərəm ki, bəni mü’afedəsən. Və bənim bir atım və bir qılıncım var ki, manəndləri yoxdur. Pişkəştəriqiylə bəndən qəbul edəsən". Həzrəti-İmam ayıtdı: "Bən at üçün və qılıncüçün gəlmədim". Mə’yus olub andan müraciət qılub [mənzilinə gəldi].
Rəvayətdir ki, vaqieyi-Kərbəladan sonra ol süstrə’yikəmtədbir təəssüflər çəkərdi,əmma faidə qılmazdı. Şe’r:
Zəhi nadan ki, şahi-mülki-imanAna ərz edə təşrifi-şəhadət,Təvəhhüm eyləyib tiği-bəladan,Özündən eyləyə səlbi-səadət.
Nəqldir ki, bir mənzildə Həzrəti-İmam, Zeynəb dizi üzərinə baş qoyubyuquya getmiş ikən iztirabla oyanub dideyi-nəmnakindən gövhəri-əşk rəvanoldu. Ümm Külsüm ayıtdı: "Ya Hüseyn, səbəbigiryə nədir?". Həzrəti-İmamayıtdı: "Vaqi’əmdə hala cəddimi gördüm. Giryan olub bana dedi ki, ey Hüseyn,və’deyi-müvasilət qərib oldu". Ümm Külsüm dəxi giryan olub və Əli Əkbərayıtdı: "Ya İmam, ləşkəri-ə’dayla müqabilə vaqe’ olduğu təqdirdə Həq bizimtərəfimizdədir, yoxsa anlar canibində?" İmam ayıtdı: "Həq bizdədir və biz Həqiləyiz". Əli Əkbər ayıtdı: "Pəs, hər cəfa mütəsəvvir olsa, qəm degil!"
Əlqissə, ol mənzildən dəxi intiqal edüb Qətqətana dedikləri mənzilə nüzuletdikdə, şəhzadə cəm’i-ləşkərin cəm’ edüb, tərtibi-müqəddəmati-nəsayehüməva’iz etdikdən sonra Müslimi-Əqilin şəhadətin və əhliKufənin xəyanətinşaye’ edüb nida qıldı ki, "Ey qövm, ayineyi-dövran bir qeyr surət göstərdi vənihali-tədbir müxalifi-məqsud bər verdi. Və mühəqqəq oldu ki, əhli-Kufə nəqzi-əhdedüb Müslimi şəhid etmişdir və ləşkəri-Yezid cidalü qital etməgə ətrafücəvanibimizi tutmuşlar. Və bən bilürəm ki, iqtizayi-şəhadət bana rüxsəti-nüsrətverməz və qeyrəti-şüca’ət müraciət etmək caiz görməz. Hər ayinə bana budəryayi-bəlaya girmək lazımdır və iste’dadi-rütbeyi-qədərim bu seylabi-fitnəgirdabinə ’azimü cazim. Əmma sizə ümumən rüxsətdir ki, əbvabi-nəcat məsdudolmadan kəndünizi fəzayi-səlamətə çəküb, bu təfriqədən imən olasız və rayizi-fitneyi-zəman inani-ixtiyarınızı əldən almadan bir canibə gedüb bu dəğdəğədənqurtulasuz. Zira rəva görməzəm ki, bənim vücudum məhzi-xeyr ikən sizə nisbətmövcibi-zərər vaqe’ ola və mir’ati-surəti-halınuz bənim rəhgüzarımdan qübari-küdurətbula".
Rəvayətdir ki, ol cəmaətdən ol vaqtədək xatirində hənuz məzənneyi-intifai-dünyəviolanlar qət’i-əlaqə qıldılar və dəvayi-səbati-məhəbbət qılanlar rizaqəzaya verib, fəryadü fəğana gəldilər ki, ey hadiyi-təriqi-müstəqim və eymüqtədayi-sirati-qəvim, biz dövlətimülazimətində saliki-rahi-hidayət ikənimtahanla badiyeyi-təəssüf təriqin göstərmə və bir dəm sə’adəti-şəhadətdənnovmid olduğumuzu rəva görmə. Şe’r:
Biz bəladan incinüb, bidaddan vəhm etmərüz,Nəqdi-canın sərfi-canan eyləyən aşiqlərüz.Eşq meydanında bidadü bəladan dönməyüb,Rastrəv saliklərüz, sabitqədəm sadiqlərüz.
Filvaqe’, ol zəmanda sə’adət və şəqavət bir-birindən imtiyaz buldu və sə’idüşəqi əhvalı bir imtahanla mə’lum oldu. Ol tayifə ki, ömrü mal və övladü mülki-dünyayamüqəyyəd olub tərk edə bilmədi, kəsbi-sə’adəti-əbədi qılmadı. Və olgüruh ki, əsbabi-müstə’ari-dünyəvidən keçüb sə’adəti-şəhadət ixtiyar etdi,mənzili-məqsuda yetdi. Yəqindir ki, qəssami-qəza dünya hərisinə ücrət verməzvə heç məzhəbdə iki həmşirə bir nikaha girməz.
Əlqissə, Həzrəti-İmam mənzil-mənzil qət’i-rah edüb bəni-Sükun qəbiləsinəyetdikdə, Bəni-Əkrəmədən bir şəxsə uğruyub andan Kufə əxbarın sual etdikdəayıtdı: "Ya İmam, Übeydullahi-Ziyad sənin qəsdinə hər canib ləşkər rəvan edübtəfəhhüsündə və təcəssüsündədir. Səlah oldur ki, müraciət qılasan. Həqqa ki,təvəccöhün tiği-abdar və sinani-xunxardır və müxalifin qayətdə cəfapişə vəsitəmkarədir".
Ol nəhəngi-dəryayi-vilayət və şiri-bişeyi-siyasət ol xəbərdən təvəhhümetməyüb bəlkə şövqü zövqi-şəhadət hiddətin ziyadə qılub rəvan oldu. Əmmarahdarlar və casuslar Həzrəti-İmamın Bəni-Sükun qəbiləsinə yetüb, andan dəxirehlət edüb və hiddəti-’əzimətin görüb Übeydullahi-Ziyada xəbər verdilər. Olmüdbir Hürr bin Yezidi-Riyahiyə əmr etdi ki, bin müsəlləh namərdlə istiqbalqılub Həzrəti Hüseyni qanda görsələr, nə vəchlə olsa, qeyr canibin təvəccöhündənmən’ edüb Kufəyə gətürə. Hürr bin Yezid ol ləşkərlə badiyəpeymay vəsəhranəvərd olub, mənzil-mənzil Hüseyni mütalibət edüb, tərəddüd qılub, Səddiabdeməklə mə’ruf mənzilə yetüb, ol mənzildə aram dutub müntəzir ikənHəzrəti-İmam mənzilindən gecə ilə köçüb bədrəqeyi-əxtəri-əşki-qəmənduz vəməş’əleyi-ahi-cigərsuzla sabahadək qət’i-rah edüb. Şe’r:
Sübh kim, xəlqi xazini-hikmətSirri-pünhandan eylədi agah,Çərxi-zalimnihadü kafirkişQıldı bütxanəsini atəşgah.
Ol padşahi-bütşikəni-atəşxanəfikən və ol şahbazi-düzmənşi-kari-ülvi-nəşimənqayəti-isti’caldan ixtiyari-nüzul etməyüb, aftabvar rayəti-rif’ət asimana çəküb vəsəhabi-müjgani-dürəfşandan zamanzəman rəhgüzara barani-rəhmət tökübyürürdü ol zəmanədək ki, əczayi-zəmin irtifa’i-xurşiddən kəsbi-zərarət qılub vəbazarisəmumü sərab hiddəti-həvadan rəvacü rövnəq bulub rif’əti-aftab zəvalamütəvəccih oldu və hey’əti-rüzgar fərti-hərarətdən təğəyyür buldu. Şe’r:
Qayəti-hiddət verüb suhani-nəqşi-riglə,Dəhr cəlladı həva tiğini xunriz eylədi.Səfheyi-səhrada surət göstərib sudan sərab,Təşnə təb’ində tə’əttüş atəşin tiz eylədi.
Dəbdəbeyi-tə’zimü təbcil və zəmzəmeyi-təsbihü təhlillə təlieyi-sipahi-zəfərpənahmənzili-Səddi-aba yetüb Hürr bin Yezidi-Riyahinin ləşkərinə mülhəqoldular. Və Hürrün ləşkəri dəxi bir səhrada düşüb hər biri kəndü sayeyi-mərkəbindəqərar dutmuşkən səlabəti-əsakiri-zəfərməasirdən ehtizaza düşüb,mərkəblərinə binüb, səf çəküb müqabilə gəldilər. Təhqiqi-hal etmək üçünsultaniKərbəladan ol ləşkər sipəhsaları ehzarinə fərman sadir olduqda Hürr binYezidi-Riyahi ehtirazü ictinab etməyib, rikabi mülazimi-humayun olub ərzi-haletdi bu rəsmlə ki. Şe’r:
Ey sücudi- dərgəhin sərmayeyi-dünyavü din,Şəmseyi-eyvani-qədrin hilyeyi-’ərşi-bərin.Xadimi-xəlvətsərayi-ta’ətin zikri müdam:Hazihi cənnati’ ədnin fədxuluha xalidin.Ya Əmirəl-mö’minin, İslam səndəndür dürüst,Ya Əmirəş-şər’, sənsən rəhbəri-əhli-yəqin.Yetməsün məqsudinə hər kim sənə eylərlsə qəsd,Görməsün rahət yuzin hər kim sənə bağlarsa kin.
Həzrəti-İmam anın ismin və rəsmin sual etdikdə ayıtdı: "Ya İmam, bənəmHürr bin Yezidi-Riyahi". Həzrəti-İmam ayıtdı: "Ya Hürr, "İleyna əm əleyna",yə’ni müavinətə gəlmişsən, ya müharibəyə? Hürr ayıtdı: "Ya İmam,Übeydullahi-Ziyaddan mə’muram ki, mülazimətində olam Kufəyədək və sənəqeyr canibə getməgə təmkin verməyəm". Həzrəti-İmam ayıtdı: "La-həvlə və la quvvətəilla billahil-Əliyyil-əzim". Ey Hürr, hala nəmaz vəqtidir, səncəma’ətünlə və biz cəma’ətimizlə nəmaz edəlüm, andan sonra qanda getməlü isəgedəlüm". Hürr ayıtdı: "Ya İbn Rəsulullah, sən İmami-zəmansan, İmamət qıl,iqtida qılalum". Şe’r:
Sana istərəm kim, qılam iqtida,Budur aləm içrə həman niyyətimKi, bildim səni müqtəda, bilməsəm,Qəbul eyləməz Həq bənim ta’ətim.
Həzrəti-İmam ana afərin oxuyub ittifaqla nəmaz qıldıqdan sonra xatibanəşəmşiri-abdarinə təkyə qılub həmdü sənaya müştəmil və dürudü duaya möhtəvibir xütbeyi-bəliğ əda qıldıqdan sonra əhliKufəyi müxatəb edüb, möv’izeyi-xütbəsin bu kəlimatla müzəyyən qıldı ki, "Ey ümməti-Məhəmməd", "Cə’ələƏllahu ət-təvfiqə rəfiqəkum", əgərçi bənim rəqəbeyi-iqtidarım Yezidinribqeyiinqiyadinə girmək münasib görünməyüb, anın ita’əti-naməqbulindəninhiraf etdigim dərəceyi-vüzuha yetmişdi, siz ki, əhli-Kufəsiz, mütəvatir namələrirsal edüb və asari-məhəbbət və məvəddət ərz eyləyüb "İmamımız vəmüqtədamız yoxdur" – deyüb bənim hüzurimi lazım etdinüz, İmdi əgər həm olqərar üzrəsiz, bən bana lazım olan əmrə iqdam etdim. Siz dəxi sizə lazım olanməsləhəti sərəncam edin və əgər əziməti-mülki-səadətdə xari-səhrayi-tə’əllüqdamənihimmətiniz dutub peşiman oldunuz isə, xari-rəhgüzarım olman, gəldigümkibi müraci’ət qılayım. Zira bən bu diyara gəlüb cidalü qitali kəndü rə’yimləixtiyar etməmişəm və razı degiləm ki, səbəbi-[səfki]- dima’ olam".Hürr ayıtdı: "Ey Hüseyn bin Əli, bənim namələrdən xəbərim yoxdur".Hüseyn ayıtdı: "Sənin yoxsa, ləşkərində xəbəri olan çoxdur". Pəs, buyurdi ki, olnamələri bə’zi hazır olanlara göstərüb infi’al verdilər. Şe’r:
Ey xoş ol dəm ki, nameyi-ə’mal,Qafili vaqifi-günah eylər.Məhəki-imtəhan olub zahir,Nəqdi-məğşuşi rusiyah eylər.
Bu hala müqarin canibi-Kufədən altı namərd isti’calla gəlüb Übeydullahi-Ziyaddan Hürrə bir namə gətürdilər məzmunu bu ki: "Ey Hürr, nə mənzildə ki,Hüseynə mülhəq olasan və mülaqat qılasan, gərəkdir ki, ana müvəkkil vəmüsəllət olasan, bu canibə gətürəsən". Hürr ol məktubu mütali’ə etdükdəHəzrəti-İmama göstərüb ayıtdı: "Ey nəqdi-Rəsulullahi-Haşimi, mülahizə qıl ki,sənin xüsusunda Übeydullahın nə miqdar ehtİmamı var. Və bən heyrətdəyəm ki,aya nə tədbir qılam? Əgər səni müaf etsəm, Übeydullahdan vəhm eylərəm vəəgər sənə qəsd eyləsəm, Mə’budimdən xövf edərəm. Əmma Allahxövfü Übeydullah vəhminə qalibdir. Qələm olsun ol pənceyi-namübarək ki, sənkibi pəncəyi-afitaba şü’ai-şəmşiri-atəşparə çəküb, zülməti-üsyanla kəndüruzigarın siyah edər və ’ədəm olsun ol nacəvanmərdin mənzili ki, sən kibi kamilvücuda zəxarifi-dünya üçün qəsd edüb, vəsvəseyi-şeytanla kəndü əhvalın təbahedə. Həqqa ki, bu canibə gəldikdə yolda heç xarü xaraya yol qomadım ki, banazəbanihalla müjdeyi-şəhadət vermədi və heç nəsim bəndən yana güzar etmədi ki,bana bəşarəti-behişti-bərin yetürmədi. Və mən heyrətdəyəm ki, aya bu nə əməlcəzasıdır, bən xud müqatileyi-Ali-Rəsula mə’muram. [Əmma] ümiddir ki,müqatilə mürafiqətə mübəddəl ola və Həq dövlətimütabiətinizdə bana səadəti-nəcatmüyəssər qıla. Hala bənimlə müxalifət olmağın səlah budur ki,mütəhhərati-hücərati-ismət bəhanəsiylə sizün orduyi-hümayuniniz bizim əskəri-şərarətəsərimizdən bir mərtəbə müba’ədət ixtiyar edüb nüzul edələr, zülməti-şəbmüstövli olduqda irtihal edüb nə canibə murad isə rəvan olun ki, sabah olduqdabən ləşkəri xilaf səmtə çəküb, səhrada bir zaman tərəddüd edüb, "bulmadum" –deyüb müraci’ət qılam və bu mə’siyətdən nəcat bulam".
Həzrəti-Hüseyn əsrari-hikmət izhar üçün ol səlahi münasib görüb nüzuletdikdə, bir miqdar anlardan bə’id olmaqla anlar xabi-qəflətdə ikən nisfi-leyldəorduyi-humayunun köçurüb canibi-Məkkeyi-mü’əzzəməyə rəvan oldu. Qaliba olgecə ərusi-aləm şühəda üçün tə’ziyət iste’dadində olub, gisuyi-müşkbarindərüxsarın nihan etmişdi və şəhidlər və məzlumlar iztirabın görüb dudi-ahi-zəmindaməniasimanı dutmuşdu. Əlqissə, bir zülməti-məhibi-cansitandı kim, badiyeyi-dəhşətdəXizri-xirəd sərgərdan idi. Nə mahü sitarədən nişan peyda və nə sübhüafitabdan əsər hüveyda. Anın kibi zülmətdə ol məzlumlar ’inani-ixtiyar qayidi-qəzayatəslim edüb, təmam gecə ciddü cəhdlə qət’i-rah qılub, sübh olduqdamərkəbi-şəhsuvari-meydani-şəhadət bir hövlnak mənzildə təvəqqüf edüb, andanilərü getməgə təqdirdən rüxsət bulmadı və Həzrəti-İmam nə qədər ki, taziyanəurub mütərrik etmək istədi, fayda qılmadı. Həzrəti-İmam ayıtdı: "Ey mənazil vəmərahildən xəbərdar olanlar, bilirmisiz bu nə mənzildir?" Dedilər: "Bu zəminəərzi-Mariyə derlər". İmam ayıtdı: "Şayəd bir qeyr ismi dəxi var ola?" Dedilər:"Bir ismi dəxi Kərbəladır". Hüseyn ayıtdı: "Allahu əkbər, haza ərzu kərbin vəbəla". Şe’r:
Budur ol mənzil ki, toprağinə qaynar qanımız,Bundadır zira məkani-cismi-sərgərdanımız.
Əli Əkbər mütəəllim olub ayıtdı: "Ey pedəri-büzürgvar, bu nə fali-namübarəkdir?"Hüseyn ayıtdı: "Ey nuri-didə, Əliyyi-Murtəzayla əziməti-hərbi-Siffin etdükdə, bu mənzilə yetdikdə, Həzrəti-Murtəza Düldüldən enüb, İmami-Həsən dizi üzərinə mübarək başın qoyub yuxuya getmiş ikən nagah bidar olub ahçəkdi. İmam Həsən səbəb sual etdükdə ol Həzrət ayıtdı: "Şimdi vaqe’əmdəgördüm ki, bu səhra girdabi-xun olmuş və bənim Hüseynim ol girdaba düşübmütəhəyyir qalmış. Nə qədər ki, istiğasə edər, kimsənə fəryadinə yetməz. Pəs,bana mütəvvəcceh olub ayıtdı: "Ya Hüseyn, bu badiyədə sənə bu vaqi’ə əl versə,nə dersən?" Dedim: "Ya Əli, səbr edərəm və səbr ilə əcr istərəm ki, "İnnəmayuvə’f-fə’s-sabirunə əcrəhum bi-qəyri hisabin".Pəs, şahzədə buyurdu ki, hicabi-bargahi-rif’ət ol mənzili məxyəmi-xiyami-orduyi-hümayun edələr. Fərmani-vacibül-iz’an müqtəzasincə ol padşahi-aləmpənahınsərapərdeyi-rif’ətləri səhrayi-Kərbəlaya uruldu və ol sultani-məlayiksipahi-həşmət dəstgahın bargahi-səadətləri meydani-Kərbəlaya quruldu. Şe’r:
Sayə saldı qübbeyi-gərdüna çətri-’ərşsay,Yetdi səthi-xakə qədrindən kəmali-irtifa’.Kərbəla gərdun idi, çətri-şəhidi-Kərbəla,Xeymeyi-xurşid idi, ətnabi-zərrini şü’a.
Çün Həzrəti-İmamın cəm’i-əf’alı məzahiri-əsrari-hikmət və mətale’i-qüdrətidi, Hürr bin Yezidi Riyahi ləşkərindən inşiraf edüb Məkkə canibinə təvəccöhetmiş ikən, ixtiyarsız Kərbəlaya düşdügü təvəhhümdən və təhəyyürdən degildi,bəlkə bu qərəz mənzur idi ki, ’əziməti-meydani-bəla və təvəccöhi-dəşti-Kərbəlakəndünün məhzişücaətlərindən bilinməyüb, rəfiqi olan ə’yani-dövlətə vəərkanihəşmətə mə’lum ola ki, daireyi-tədbirü təsərrüfindən xaric bir mühərriki-silsileyi-iradət və bədrəqeyi-təriqi-məşiyyət var ki, anın əmriylədir hər nə vaqe’olur.
Nəqldir ki, Həzrəti-İmam səməndi-badpayi-badiyəpeymasindən nüzul edübxaki-Kərbəlaya qədəm basdıqda, ol xaki-şərif həyasındansararıb, andan bir qübar çıxub gisuyi-mü’ənbərlərin müğəbbər etdi. ÜmmKülsüm anı görüb ayıtdı: "Ey əzizim, bir əcib halət və mülahizə qıldım və birqərib arizə gördüm. Bu badiyə toprağından könlümə bir vəhm müstövli oldu".Həzrəti-İmam ana təsəlli verüb Şəhrbanuya ayıtdı: "Ey yari-dilnəvaz, və eyhəmdəmü həmraz, bəni bu mövze’də ə’zayi-məcruhla ağüşteyi-xakü xungördükdə vəsiyyətim budur ki, sədayi-növhə ilə baisi-təzayüdi-süruri-cəmalıntəmaşagahi-əhlişəmatət qılmayasan. Şe’r:
Qılub gisu pərişan, xatirin cəm’ etmə bədxahın,Sürudi-ah ilə dərdi-dil izhar etmə əşrara.Açub xurşidi-’ariz, qılma rövşən çeşmi-bədbini,Giriban çak edüb cənnət qapısın açma küffara.
Təmamiyi-Əhli-Beyt ol xəbərdən giryanü büryan olub dedilər: "Eyşahzadeyi-aləmpənah, bu nə əxbari-cangüdazi-cigərsuz və kəlami-ələməncami-qəmənduzdur?"Həzrəti-Şahzadə müqəddəmati-nəsayehü məvaizlə təsəlli verdiki: "Ey cavahiri-mə’dəni-risalət və ey rəyahini-rövzeyi-vilayət, çün iradeyi-təqdiri-Rəbbani budur, səbrdən qeyr nə çarə". Şe’r:
Surəti-keyfiyyəti-əşya çəkən rəssami-sün’,Kargahi-sən’ətin mövqufi-tədbir eyləməz.Vadiyi-tədbir sərgərdanıdır aləm, vəli,Hileyi-tədbir səlbi-hökmi-təqdir eyləməz.
Əlqissə, Həzrəti-İmam ol badiyeyi-xunxar və səhrayi-məlalətasarda qərardutub, mütəməkkin olduqda, Süleyman bin Sürəd Xuzai əşpafü-ə’yani-İraqa birnamə yazub Qeys Ə’rabiylə irsal etdi bu məzmunla ki, "Ey qaibanə izharisədaqətqılub ərzi-iştiyaq edən mö’təmidlər və müxlisanə übudiyyətnamələr irsaledən mücahidlər! Sizin məkatib və mərasilinüzün süturi-xütuti səlasili-cəzbi-iradətümüzvaqe’ olub, bu canibə təvəccöh qılub, hala dəşti-Kərbəla ki, bətni-biladi-İraqi-Ərəbdir, məxyəmi-nüzuli-orduyi-humayun oldu və Süheyli-iqbali-Hicazi-mətlə’imiz bu fəzaya pərtövi-səadət saldı. İmdi gərəkdir ki,qıldığınuz əhdə vəfa qılub və səadəti-məqdəmi-şərifimizi müğtənəm bilib,məzmuni-misali-vacibül-imtisala ittila’ bulduqda nəqdi-can nisar etməgədərgahi-dünyadan övla olduğun mühəqqəq biləsiz. Həqqa ki,bu işarət sizə ehdayi-təriqi-hidayətdir. Təsəvvür etmən ki, istid’ayi-müzahirət vəmü’avinətdir, zira səltənəti-aləmi-fani ana dəgməz ki, minnətlə təhsil edələr vəzillətlə buraxub gedələr". Şe’r:
Tiği-tövfiq ilə bən qət’i-tə’əllüq qılmışam,Çəkməzəm minnət, olub mail sərirü əfsərə.Çün bana məqsud fəthi-aləmi-təcriddir,Aləmi dutmaqda gün möhtac olurmu ləşkərə?
Qeysi-Ə’rabi Həzrəti-İmamın naməsin Kufəyə ilətüb, Suleymani Xüzaiyəverüb, cavab almaq qəsdinə rəvan olduqda Kufəyə yetmədən Übeydullahi-Ziyadın təli’eyi-əskəri ol namuradı dutub hüzuruna ilətdilər. Qeysi-Ə’rabiÜbeydullahi-Ziyada müqabil olduqda naməyi parələdi. Übeydullah ayıtdı: "Nişənaməyi parələdin?" Qeys ayıtdı: "Dost sirri düşməndən məxfi gərək".Übeydullah ayıtdı: "Ey Qeys, əgər bənim siyasətimdən nəcat bulmaq muradınsa,iki işdən birin ixtiyar et: Ya namədə olanlar ismi izhar eylə, ya minbərə çıxubHüseyn və ətba’inə nasəza edüb bana və Yezidə sitayiş qıl". Qeys ayıtdı: "Ey İbnZiyad, izhari-məzmuni-namə xud mümkün degil, əmma qəziyyey-iminbərehtimalpəzirdir. Buyurun xəlq cəm’ olsun".
Silsileyi-cəm’iyyət müntəzəm olduqda, Qeysi-Ə’rabi minbərə çıxub zəbani-fəsihləVacibül-vücuda həmdü səna və Həzrəti-Rəsula dürudi-bimüntəha ədaqıldıqdan sonra nida qıldı ki: "Ey əhli-Kufə, bən rəsuli-Hüseynəm və gəlmişəmki, təşrifi-şərifindən sizi xəbərdar edəm". Və məzmuni-naməyi ağazdanəncamədək şərh qıldı, Yezidə və İbn-Ziyada nifrin oxuyub, Hüseyn və ətba’inəsitayişlər qılub xassü ammə ğərivü qülqülə saldı. Übeydüllahi-Ziyad olvaqi’ədən qəzəbnak olub hənuz minbərdə ikən ol məzlumu şəhid etdirdi. Şe’r:
Nə saətdir ki, gülzari-bəladan bir gül açılmaz?Nə dəmdir kim, fələk bir mübtəla bağrını qan qılmaz?
Çün Übeydullahi-Ziyad Hüseyn bin Əlinin Kərbəlaya gəldigindən vaqif olubbir namə irsal qıldı, bu məzmunla ki: "Ey Hüseyn, bana Yezid namələr irsal edübe’lam edibdir ki, Hüseyn bin Əli ol canibə gəldikdə, bənim bey’ətim andanalmayınca qərar dutmayasan və əgər qəbul etməz olursa, qətlində tə’əllülqılmayasan. İmdi sənə nəsihət edərəm. Kəndünə tərəhhüm edüb Yezidin bey’ətinqəbul et və əgər qəbul etməz isən, əsbabi-müharibə mühəyya qıl".
Həzrəti-Hüseyn ol namənin məzmununa müttəle’ olduqda, [əlindən] buraxdıvə çehreyi-mübarəki qəzəbdən gülnari olub buyurdu ki, zəhi bədbəxt qövmi ki,rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar edüb ümmətiyüz dedikləri Peyğəmbərinövladın həlak etməklə rizasın istərlər". Şe’r:
Gör nə cahildir ədu kim, də’viyi-İslam edib,Dövləti-dünya üçün Ali-Rəsul eylər həlak.Gör nə qafildir ana tabe’ olan bədbəxt kim.Xəlqi xoşnud eyləyib, eylər Xudayı xəşmnak.
Qasidi-Übeydullah ayıtdı: "Ya Hüseyn, nədir bu risalətin cəvabı?" Həzrəti-Hüseyn ayıtdı: "Ma-ləhu indi cəvabin ləqəd həqqət əleyhi kəlimətul-’əzab".Qasidi-Übeydullah müraciət qılub, Hüseyn bin Əlinin cəvab verməyübnaməyi buraxdığını ol müdbirə xəbər verdikdə ol bədbəxt qəzəbnak olub, əhli-məclisəyüz dutub ayıtdı: "Ey əkabiri-Şam və ə’azimi-Kufə, kimdir sizdən ki,mütəsəddiyi-hərbi-Hüseyn olub, hər məmləkəti-mü’zəm ki, İraqdan muradedinsə, ana verüm". Heç kimsənə cəvab vermədi. Bu kəliməyi təkrar edib,kimsənədən cəvab almayub aqibət Ömər bin Sə’d Vəqqasa ayıtdı: "Ey əşcə’i-bəni-Qüreyş,bir müddətdir ki, mülki-Rey təmənnasındasan və diyari-Təbəristanistid’asında. İmdi mülki-Rey və diyari-Təbəristan hökumətin sənə verdim".Filhal mənşuri-əyalət tövqii-ixtitama yetüb təslim olunduqda bir xəl’əti-faxirdəxi geydirib və bir cənibi-bərqrəftar dəxi mülazimlərinə təslim etdirdi. Buən’amü ehsandan sonra ayıtdı: "Ey nəqdi-Sə’d Vəqqas, atan skabiri-səhabədənolub şücaətdə məşhurü mə’ruf idi. Və hala Yezidin təhti-livayi-hökumətindəəgərçi mö’təbər sərəfrazlər çoxdur, əmma səndən əşcə’ və əqdəm mübarizyoxdur.
Bənim səlahım budur ki, sən sipəhsalari-ləşkər olub, Hüseyn bin Əli üzərinələşkər çəküb andan Yezidin bey’ətin alasan. Və əgər qəbul etməzsə, anın vəətba’inin başların kəsib, bu canibə göndərib, bu xidməti kəndünə mövcibi-izdiyadi-rif’ət və baisi-təzayüdi-mənzilət biləsən".
Ömər Sə’d ayıtdı: "Ey Übeydullah, bu bir əmri-əzİmdir və şüğlivəhimdir.Təfəkkürsüz və təəmmülsüz şüru etmək olmaz. Banamöhlət ver, mənzilimə müraciət qılub, övladü ətba’imlə məşvərət edüb, nəməsləhətə qərar verirlər isə, gəlib ərz edəyim". Rüxsət hasil edüb, geydigixəl’ətlə mərkəbi-cənibə binüb, Təbəristan və Rey mənşurun əlinə alub mənzilinəgəldikdə övladü ətba’i anı ol zinətlə görüb ayıtdılar: "Bu ən’amü iltifata səbəb nəvaqe’ oldu ola?" İbn Sə’d ayıtdı: "Bu gün Übeydullahi-Ziyadın dəryayi-iltifatıtəməvvücə gəlüb və nəsimi-atifəti mütəhərrik olub, bəni bu ən’amü ehsanlasərəfraz edüb sərəskər etdi, bu şərtlə kim, Hüseyn bin Əli Murtəzayla hərb edüb,ya daireyi-bey’ətə gətürəm və ya dərəceyi-şəhadətə yetürəm". Ulu oğlu ayıtdı:"Heyhat, heyhat, ey qafil, bu nə xəyaliqələt və əndişeyi-batildir?! Və nə sevdayibihudəvə sə’yi bihasildir! Aya, bilməzmisən ki, ol cigərguşeyi-Zəhra və nuri-dideyi-Mustəfa və süruri-sineyi-Murtəzadır və sənin atan Sə’d Vəqqas nəqdicanınanların yolunda sərf etdi və hala sən anın qəsdinə ləşkər çəkmək istərsən?!Və sən kəndü əlinlə üç məktub yazub, irsal edüb bu diyara anı də’vət etdin, halağədrlə qanın tökmək istərsən. Həqqa ki, müsəlmanam deyən bu əmrə irtikabetməz və də’vayi-İslam edəndən bu ’əməl zühura yetməz. Şe’r:
At ölür, don yırtılır, Rey mülkü eylər intiqal,Leyk ta Məhşər qalur baqi vəbali-xuni-Al.
Bəlkə bu nikbətin əsəri Qiyamətədək övladına və ətbainə dəxi sirayəteyləmək müqərrərdir, zira mə’siyəti-ə’zəm və cinayətiəkbərdir".Ömər bin Sə’d anın sözündən münzəcir olub, yüz döndərib kiçik oğlundannəsihət istədikdə ol həramzadə ayıtdı: "Ey baba, əgərçi qarındaşım dedigisözlərin səhih olduğu zahirdir, əmma əmri-qayib olub, Übeydullahi-Ziyad etdigiən’amü ehsan hazırdır. Heç aqil nəqdi nisyəyə verməz və qayibi hazırdan övlagörməz".
Ömər Sə’d anın səlahın qəbul edüb və ol rə’yə qərar verüb, Übeydullahi-Ziyadın məclisinə gəlüb, izhari-riza qıldıqda, Übeydullah xoşhal olub, afərinləroxuyub, filhal beş bin mübarizixunxar həmrah edüb Kərbəlaya rəvan etdi.Rəvayətdir ki, Ömər Sə’d təhiyyeyi-əsbab edüb mütəvəccih olmaqda ikənHəmzə bin Müğeyrə ki, xahərzadəsiydi, ol müdbirin əzimətin görüb ayıtdı: "Eybədbəxti-əzəlü əbəd, bu nə xəyalifasiddir? Aya, İzədi-Cəbbar, Əhmədi-Muxtar və Heydəri-Kərrara rücu’inolmazmı və Ərəsati-Qiyamət yadına gəlməzmi?" İbn Sə’d ayıtdı: "Ey əziz, bəndəxi bilirəm ki, bu əndişeyi-nasaibdir, əmma zövqi-hökuməti-Rey və Təbəristancəmi’i-təsəvvüratıma qalibdir". Həmzə ayıtdı: "Həqqa ki, hökuməti-təmamiyialəmana dəgməz ki, dünyada bədnam olasan və axirətdə üqubət bulasan". ÖmərSə’d bu nəsihətdən bir miqdar mütəəssir olub, fəsxi-əzimətə əzm qılmış ikənyenə hübbi-cah və sevdayi-riyasət dideyi-bəsirətin ə’ma qılub, zəlalətdə yekcəhətolub ol sərəskəri-sipahi-şəyatin və sipəhsalariərbabi- kibrü kin ənhəsi-övqatda vəərzəli-saətdə sitareyi-nəhs kibi bürci-münqəlibi-Kufədən tülu’ edüb dəşti-Kərbəlaya pərtövinühusət bıraxdı. Şe’r:
Aldı təşvişi-qüdumi rahət əhlindən firağ,Urdu övzai-xiyami sineyi-səhraya dağ.
Və yetdigi saətdə təvəqqüf etməyüb, biədəbanə Həzrəti-Hüseynə bir məktubirsal etdi bu məzmunla ki: "Ey Hüseyn, bu diyara gəldigindən qərəz nədir?".Həzrəti-İmam cəvab yazdı ki: "Bənim hüzuruma səbəb sizin namələriniz vəizhari-iştiyağınız vaqe’ oldu. Həqqa ki, bən bu canibə sizin səlahınız içünmütəvəccih oldum ki, məziqi-zəlalətdən fəzayi-nəcata rəhnümalıq edəm. Hala ki,cövhəriiste’dadınıza əsəri-qəbuli-hidayət olmayıb, Müslim Əqilə ol cəfaləri rəvagördünüz, mə’lumum oldi. Niyyətim budur ki, darülmülkiHicaza müraciət qılam,əgər mane’ olmayasınız".
Ömər Sə’d təsəvvür edərdi ki, Hüseyni-Əli məhzən cidalü qital üçün budiyarə gəlübdür. Bu cavabla xoşhal olub ayıtdı: "Şayəd sülhlə rəf’i-fəsadmümkün ola və Hüseyn İbn Əli kəndü diyarına müraciət qılub bu fitnə təskinbula". Pəs, vaqe olan sual və cəvabı Übeydullaha ərz etdi. Ol müdbir cəvab yazdıki: "Ey sipəhsalari-Kufə, Yezidin bey’ətin Hüseynə ərz et. Qəbul etməz olursa,bana e’lam edüb mütərəssidi-fərman ol".
İbn Sə’d ol məzmundan mühəqqəq bildi ki, Übeydullah sülhlə razı olmaz. Olnaməyi Həzrəti-İmam hüzurinə irsal edüb, Həzrəti-İmam ol məzmundan ibavüimtina’ surətin göstərdikdə və keyfiyyəti-hal Übeydullaha ərz olunduqda olmüdbir qəzəbnak olub Həsin bin Təmir və Şis Rəbi’i və Şimri-Zilcövşəni on binmüfsidlə irsal edüb, əmr etdiki, Hüseyni abi-Fəratdan mən’ qılub bey’ət edənədək su verməyələr. İbn Sə’d oləmrə ita’ət edüb, Ömər bin Həccacı beş yüz namərdlə rudi-Fərat zəbtinə tə’yinqılub, zülali-Fəratı ol dəryayi-fəzilətdən münqəte’ etdilər.
Bu surət Məhərrəm ayının yeddinci günündə vaqe’ oldu və həm ol günHəzrəti-İmamın ləşkərində əsəri-tə’əttüş peyda olub, qüsuni-şəcəreyi-nübüvvət vərəyahini-rövzeyi-risalət qəhti-abdan pəjmürdə və hiddəti-’ətəşdən əfsürdəolmağın Əbbas bin Əli əlli nəfər səvarü piyada mübarizlərlə Fərata mütəvəcciholub, Ömər bin Həccacla müharibə edüb, qalib düşüb, kifayət miqdarı su gətirübləşkərgaha yetürdilər.
İkinci gecədə Həzrəti-İmam İbn Sə’də e’lam etdi ki, əgər səlah isə bir zəmanmülaqat edəlim. İbn Sə’d ol səlahı qəbul edüb bə’zi mülazimlərlə ləşkərindənçıxub və Həzrəti-İmam [dəxi] Əbbas və Əli Əkbərlə müqabilə qılub ayıtdı: "Eyİbn Sə’d, atan Sə’d Vəqqasdan sənə vəsiyyət bumudur ki, ali-Əbu Süfyana tabe’olub, saqiyiSəlsəbilü Kövsər övladına abi-rəvanı məsdud edüb,təskini-hərarətlərin zülali-şəmşiri-abdarə həvalə qılasan və fəcərəvü fəsəqəmülazimətin xanədani-nübüvvət təvəllasından övla biləsən? Ey İbn Sə’d,zəxarifi-dünyaya e’tibar olmaz və ərusi-bivəfayi-zəmanə kimsənəyə vəfa qılmaz.Həqqa ki, sənə izhar etdigim nəsayeh zimmətimdə mövdu’ olan ləvazimati-əmrimə’rufvə nəhyi-münkərdir. Yoxsa sənin müavinətin və müzahirətindənmüstəğni olduğum müqərrərdir". Şe’r:
Biz bəla meydanına vəqf etmişiz can nəqdini,Xah səndən qeyr bu meydana gəlsin, xah sən.Bu nə layiqdir sənə kim, bunca əhli-zülmdən,Olasan qəttali-övladi-Rəsulullah sən?!
Ömər Sə’d ayıtdı: "Ya İbn Rəsulullah, cəmi’i-buyurduğun həqq və sədiqdir.Əmma vəhmim andandır ki, mübaşiri-əmri-qital olmasam, Übeydullahi-Ziyadinadla Kufədə olan məqamü mənzilimi xərab edə". Həzrəti-İmam ayıtdı:"İmarəti-dünyaya nə e’tibar? Axirətdə sənin məqamına mütəkəffil olayım vədünyada dəxi sərayindən yeg mənazil Mədinədə səninçün müqərrər qılayım".Ömər Sə’d ayıtdı: "Bənim Kufədə ziya’ və əqarım çoxdur, təsərrüfümdən çıxar".Həzrəti-İmam ayıtdı: "Bənim Hicazda ziya’ vəəqarım var, anları sənə verəyim". Ömər Sə’din bəhanəsi münqəte’ olub xəmuşoldu. Həzrəti-İmam gördü ki, qabili-nəsihət degil, dedi: "Ey zalim, bu əməldətəsəvvür etdigin muradına yetməyəcəksən". Filvaqe’ öylə oldu. Əndək zamandaMuxtari-Əbu Übeydə çıxub ol müdbiri və oğlunu siyasətə yetirdi və nəcasətlərinyer yüzündən götürdü. Şe’r:
Zalimi sanma kim, murada yetər,Zülm bünyadı üstüvar olmaz.Bəhrəmənd eyləməz fəsad əhlin,Məkr nəqşinə e’tibar olmaz.
Rəvayətdir ki, şəhzadə andan mə’yus mənzilinə müraciət etdikdə Bərir binHəsin-Həmədani ki, əfzəli-zühhadi-əsrdi, İmamın icazətiylə nəsihət üçün olgümrahın ləşkərinə gedüb, icazətsiz məclisinə girib, səlam verməyib oturdu. İbnSə’d ol halətdən mütəəccüb olub ayıtdı: "Ey əziz, nə mane’ oldu ki, səlamvermədin?". Bərir ayıtdı: "Səlam müsəlmanlara məxsusdur". İbn Sə’d ayıtdı:"Məgər bən müsəlman deyiləm?" Bərur ayıtdı: "Hədisi-Mustəfəvidir ki, "Əl-muslimumən səlimə’l-muslimunə min yədihi və lisanihi". Və sən Həzrəti-Rəsulövladını abi-Fəratdan mən’ edüb daiyə qılmışsan ki, hərb edüb qətl edəsən. Butəqdirlə İslaminə hökm olunurmu?" İbn Sə’d ayıtdı: "Bən dəxi bilirəm ki, övladi-Rəsulla hərb edən müstəhəqqi-əzabi-əlim və müstəiddi-iqabi-cəhim olur. Əmmatərki-hökuməti-Rey və Təbəristan edə bilməzəm". Bərir olbədbəxtdən novmidolub məclisindən çıxdı. Qit’ə:
Hər bixirəd ki, fisqü fəsad ilə dutdu xu,Olmaz hədisi-əhli-xirəd kargər ana.Zatında hər şəqi ki, Zühəl kibi nəhsdir,Bin Müştəri sə’adəti etməz əsər ana.
Rəvayətdir ki, Şimri-Zilcövşəni-şəqi ol əhvala vaqif oludqda filhal Kufəyərəvan olub Übeydullahi-Ziyada ərz etdi ki, Hüseynlə Ömər Sə’d arasında ixtilatolub gecələr mücalisət edərlər, bilməzəm nə tədarükdədir. Übeydullahi-Ziyadınol xəbərdən qəzəbi tüğyanedüb Ömər Sə’də bir namə yazdı bu məzmunla ki: "Bən səni müharibət üçüngöndərmişəm, müsahibət içün göndərməmişəm. Bilirəm ki, sən bu əmri-xətirinöhdəsindən çıxmazsan. Təbəristan və Rey mənşurin Şimri-Zilcövşənə təslim et".Ömər Sə’d ol namədən mütəəssir olub, ol cəfakari-bədkirdarın atəşi-fəsadıÜbeydullahın dəmi-sərdindən zəbanə çəküb, müharibə və müqatiləyə yekcəhətolub, pərdeyi-mühabavü müvasa aradan götürdü. Rəvayətdir ki, Məhərrəminsəkkizinci günündə ləşkəriİslamda asari-tə’əttüş zahir olub ol, çeşmeyi-həyataərz olunduqda ol Həzrət işarət etdi, bir mövze’i həfr etdilər. Bir çeşmeyi-zülalçıxub cəmi’i-ləşkər sirab olduqdan sonra yenə pünhan oldu və bu xəbər dəxiÜbeydullaha irişib, ol zalım təhdidlə Ömər Sə’də e’lam etdi ki: "İstima’ olunurki, Hüseynə badiyədə həfri-abyar edüb fərağat rüxsətin vermişsən. Bu qəziyyənaməqbuldur, gərəkdir ki, əhvalına müzayiqə verib təmkini-rahət verməyəsən".Həm ol saət Məhəmməd Əş’əsi dört bin mübarizlə və anın əqəbincə Qeys binƏxməsi iki bin namərdlə və ana mütəaqib Həccac bin Hərəzi bin mübarizlə irsaledüb, on altı bin mübariz cəm’ oldular. Ol hücumu görüb Həbib bin Müzahirayıtdı: "Ya İbn Rəsulullah, qəbileyi-Əsəd bu qürbdədir. Əgər icazət olursa, varubanları təriqi-hidayətə irşad etmək olur, zira ol tayifədə mərtəbeyi-şəhadət talibiolanlar çoxdur, əmma bu [mə’rəkədən] xəbərləri yoxdur".
Əlqissə, şərəfi-icazət hasil edüb ol qəbiləyə varub nida qıldı ki: "Ey sə’adəti-şəhadətəmüştaq olanlar, və ey dövləti-baqi istid’a qılanlar!" Şe’r:
Şəhbazi-aşiyani-vilayət həlakinə,Səhrayi-Kərbəlada hücum eyləmiş qürab.Şiri-şikargahi-ğəzadan hücum edib,Əzmi-Fərat şəhdini mən’ eyləmiş kilab.
Rəvayətdir ki, ol tayifədən doqsan şuca’i-namdar və mübarizi-kinəgüzar[İbnül-Bəşiri kəndülərinə sərdarü] sərxeyl edüb, mükəmməl və müsallah Həbibi-Müzahirlə Həzrəti-İmam hüzurinə mütəvəccih oldular. Ömər Sə’d ol əhvalımə’lum edüb, Əzrəqi-Şamiyi dört bin namərdlə yollar mühafizəsinə irsaletmişdi. Fərat kənarında bir-birinə mülhəq oldular. Ol mücahidlər dəxi anlardandönməyüb, bünyadicidalü qital edüb, ol müsəlmanların bə’zi məqtul olub, bə’zi məhzum, canibi-Kərbəlaya yol bulmayub, kəndü qəbilələrinə müraci’ət qıldılar.
Həbibi-Müzahir mə’yus və məhrum Həzrəti-İmama mülhəq olub surəti-əhvalərz etdi. Übeydullahi-Ziyad ol hala dəxi müttəle’ olub Ömər Sə’də qəzəbamiz birməktub irsal etdi ki, "Eşitdim ki, Hüseynə möhlət vermişsən qəbayilə namələrgöndərib ləşkər cəm’ etməgə. Həqqa ki, namə yetdikdə ibtidai-hərb edüb anınəmrin sərəncam etməyəcək olsan, sənə və cəm’ii-hüzurində olanlara siyasətlərimtoxunur".
Heyni-vüsuli-namə əgərçi axiri-ruz olub qürubi-afitaba qərib idi, sabahadəksəbr etməyüb, siyasətdən ehtiraz edüb, İbn Sə’d təmamiyi-ləşkərin mürəttəb edübmütəvəccihi-hərb oldular. Şe’r:
Məhçeyi-rayət oldu gərdunsay,Ərşə çıxdı sədayi-naleyi-nay.Səf çəküb ləşkəri-müxalifi-din,Lövhi-xətti-ğəm oldu ruyi-zəmin.Əxtəri-ruzgərdi-ləşkəri-ŞamSəfheyi-afitaba saldı zəlam.
İttifaqən ol gün Məhərrəm ayının doqquzuncu günü idi və Həzrəti-İmam olvəqt məsnədi-asayişdə idi. Naleyi-nay və növhəyinəfirdən bidar olub Əbbasaəmr etdi ki, anlara müqabil durub həqiqəti-hal mə’lum edə. Əbbas igirmimübarizlə anlara istiqbal edüb, hərb üçün gəldiklərin mə’lum qılub Həzrəti İmamaxəbər yetürdükdə Həzrəti-İmam buyurdu ki, ey Əbbas, bu cəmaətdən bugecə möhlət istəyib döndərə gör, zira bu gecə cüm’ə gecəsidir və intihayi-əyyami-ömrümüzmərasimi-taətü ibadətə iştiğal edəlim. Sabah olduqda hər nəsəlah isə, əməl oluna.
Əbbas ol ləşkərə müqabil durub nida qıldı ki, ey müsəlmanlar, cigərguşeyi-Rəsulullah sizdən bu gecə möhlət istər. İbn Sə’d ümərayi-ləşkərinə məşvərətqılub, möhlətə səlah görməyüb dedilər: "Sizə aman yoxdur". Əbbas ayıtdı: "Eybirəhmlər, bu nə zülmisərihdir ki, nəqdi-Rəsulullaha bu gecə möhlətverməyəsiz?! Və ey bədbəxtlər, bu nə zülmi-sərih və əmri-qəbihdir ki, cəm’iiömrünüzdəHəq rizasinə girməyəsiz?! Həqqa ki, əgər şəhsüvarimeydanivilayətdənsibqəti-hərbə rüxsət alsaydım və sultani-səriri-İmamətdəntəqəddümi-rəzmə icazət bulsaydım, zəbani-tiğ ilə cəvabınız verərdim".Əlqissə, ləşkər ol mükalimədən həya qılub, müharibə əmrində tə’əllül edüb,bizzərurə rüəsayi-ləşkərə dəxi müraciət lazım gəlüb, qəziyyeyi-hərb ol gecəmövquf oldu. Əmma Həzrəti-İmam cəm’iiəshabü əhbabın cəm’ edüb buyurdu ki,orduyi-şərifin bir tərəfindən rəhgüzari-hərb üçün yol qoyub, baqi ətrafına xəndəqməhfur edüb xarü xaşakla doldurub od uralar ki, ibtali-mə’rəkeyi-cidalü qitalaməşğul ikən müxəddərati-süradiqi-’ismət müxaliflərdən mütəhəssin olalar.Ol atəşin şö’ləsi zəbanə çəkdikdə Malik bin Ürvə ki, əşəddi-əhlinifaqdı,mərkəbinə binüb, cövlan qılub nə’rə urdu ki, "ey Hüseyn, atəşi-duzəxdənmüqəddəm kəndüni atəşi-dünyaya yaqdın". Hüseyn ayıtdı: "Kəzəbtə yaəduvvəllah". Güman edərmisən ki, bən duzəxə girib, sən əhli-behişt olasan?".Müslimi-Əvsəcə ayıtdı: "Ya İbn Rəsulullah, icazətin olsa, bir xədəngizəhrəşikaflabu məl’una duzəxi göstərmək olur". Hüseyn ayıtdı: "Ya Müslim,istəməm ki, bənim ləşkərimdən ibtidayi-hərb ola. Əmma təmaşa qıl ki, buməl’un qəhriİlahiyə necə giriftar olur?" Pəs, ol saliki-rahi-həqiqət yüzündərgahibiniyaza dutub ayıtdı: "Əllahummə cirrəhu ilən-nar", yə’ni "İlahi, buməl’unu silsileyi-üqubətlə atəşi-suzanə çək". Filhal "Də’vətü’lməzlumimustəcabətun" müqtəzasincə ol məl’unun mərkəbi ixtiyarsız anı alub, Həzrəti İmamınləşkərinə mütəvəccih olub, xəndəqə yetdikdə iltihabi-nairədən rəm qılubol məl’unu atəşi-suzana buraxdı və ol halətə iki ləşkər təmaşa qıldılar.Həzrəti-İmam səcdeyi-şükr edib, duaya məşğul olub derdi ki: "Ya Rəb,zürriyyəti-Əhli-Beyti-Rəsuləm və yetimü məzlumi-Bətuləm. Sən dadımı buzalimlərdən alasan". Məhəmməd Əş’əsi-Kufi nə’rə urdu ki, ey Hüseyn, sənəPeyğəmbərin nənisbəti var ki, anda laf edərsən? Hüseyn ayıtdı: "Ya Rəb, İbniƏş’əs nəsəbim qət’ edər, istərəm ki, bu gün cəzasın verəsən". Hənuz dua təmamolmadın ol məl’unun bətni-napakində bir təqaza olub mərkəbindən yerə endi ki,tədarüki-əhval edə. Əvrətinə bir əqrəb niş urub, nəcasət içrə dolanub,məkşufül’əvrə can tapşurdı.
Həm ol zəman Cə’də Qərani müqabilə gəlüb avaz yetürdi ki, ey Hüseyn,zülali-Fərat ki, dəryasifət təməvvücdədir, həqqa ki, sənə və ətba’una andan birqətrə su verilməz, ta təşnələb həlak olasuz. Həzrəti-Hüseyn giryan olub dua qıldı:"Əllahummə əmithu ətşanən".
Filhal ol məl’unun mərkəbi bivasitə rəm qılub anı buraxub, ol məl’un piyadəhər canib yügürüb "Əl-’ətşu, [əl-’ətşu]" derdi və hər nə qədər su verirlərdi, içəbilməyüb xüşkləb can tapşurdı. Və ləşkəri-Yezid ol kəramətləri görürlərdi, əmmafaidə qılmazdı və ayineyi-etiqadlarından bu seyqəllərlə jəngi-küdurət açılmazdı.Şe’r:
Pak etməgə ərbabi-xəta səfheyi-qəlbin,İzhari-kəramət qılur əhli-nəzər, əmmaZalimlərə izhari-kəramət əsər etməz,Qılmaz dili-Fir’anu münəvvər Yədi-Beyza.
Bu kəramətlərdən sonra Həzrəti-Sultani-Kərbəla cəm’ii-ixvanü övladüənsabın cəm’ edüb, bir kürsi nəsb qılub, üzərinə çıxub bir xütbə ağaz etdi buməzmunla ki: "Şərayifi-sipasi-biqiyas ol müdəbbiri-biniyaza ki, məzmuni-kitabeyi-eyvani-bargahi-qürbi əsrari-möhnətü müsibətbəyandır. Şe’r:
Ol nəsəqbəxşi-ümuri-kargahi-sün’ kim,Şəhdi-lütfi möhnətamizü bəlaəngizdir,Cuybari-gülşəni-ehsanı tiği-abdar,Səbzeyi-gülzari-qürbi xəncəri-xunrizdir.
Və lətayifi-həmdi-bihəd ol mə’şuqi-aşiqgüdaza ki, hilyeyi-sərapərdeyi-hərimi-qürbi-qəbulu məhrəmlər və müqərrəblər qanıdır. Şe’r:
Zəhi sultani-müstəğni ki, cami-iltifatindən,Nəsibi-əhli-təslimü təvəkkül zəhri-qatildir.Kəmali-iltifatı qayəti-qəhrindədir müzmər,Cəfasindən tənəffür qılmayan lütfinə qabildir.
Və dürudi-namə’dud ol əşrəfi-kainata ki, sülləmi-ehtimali-məsaib payeyi-qədrindərəceyi-Me’raca yetürmüş və təcərrö’i-zəhri-bəla təb’i-səlimi-müstəqiminə nişaneyi-tövfiqi-təqərrüb vermiş. Şe’r:
Ol şəhi-mə’mureyi-ənduhü iqlimi-bəla,Kim diyari-dərd tə’mirində sərf etmiş həyat,Salmamış viraneyi-dünyaya zilli-e’tiqad,Açmamış cəm’iyyəti-əsbaba çeşmi-iltifat.
Şəraiti-həmdü sənadan sonra buyurdu ki: "Ey daireyi-mütabi’ətimdə vəhövzeyi-intisabimdə olan vəfadarlar. "Cəzakumullahu xəyrən". Sizdənxoşnudam. Təriqi-mürafiqətimdə təqsir etmədiniz və daireyi-mütabi’ətimdəntəriqi-müxalifət tutmadınız. Hala istəmən ki, naireyi-möhnətimdən sizə şərarəti-məzərrətirə və sərsəri-müsibətimdən gulzari-cəmiyyətiniz xəzani-təfriqə görə.
Və bənim bu gecə bu cəfapişələrdən möhlət istədigimdən qərəz həlaveyi-həyatımdanistifayi-təməttö’ etmək degil, bəlkə məqsudum budur ki, çün şahidi-tövfiqi-şəhadət pərdeyi-xəfada ikən ərzi-cəmal etdi və nihali-həyati-müstə’arımbərgriz olmağa və’də yetdi. Şe’r:
Gəldi ol dəm ki, fəna pərdəsin çak qılam,Bəzmi-vəhdətdə bəqa ləzzətin idrak qılam.
Və bilürəm ki, bu tayifənin məqsudləri bənəm və bana zəfər bulduqdan sonrasizə iltifat etməzlər. Səlah oldur ki, bu gecə fürsət var ikən güruh-güruh ətrafücəvanibə pərişan olasuz və qərqeyi-tüfanibəla olmadan bir nəcat bulasuz. Şe’r:
Çıxmadan dəsti-iəsərrüfatdan ’inani-ixtiyar,Fikr edüb möhnətdə tədbiri-nəcat etmək gərək.Hadisati-dəhrdən qafil gərəkməz adəmi,Surəti-halinə hər kim iltifat etmək gərək.
Bu kəlimatı eşitdikdə alü ətba’ü əşya’indən fəryadü fəğan fəlaki-dəvvarəçıxub ittifaqla ayıtdılar: "Ey xazini-gəncineyi-əsrari-hikmət və ey kaşifi-rümuzi-vilayət,haşa ki, xaki-payinə nəqdi-can nisar olmadan dövləti-mülazimətindənmüfariqət mümkün ola və və’dəgahi-bəlada xəl’əti gülrəngi-şəhadət geymədən bu mə’rəkədən çıxmaq surəti-ehtimalbula!" Şe’r:
Biz ibtidayi-xilqətü ağazi-ömrdən,Nəzri-nisarın eyləmişüz nəqdi-canımız.Mümkün degil mülazimətindən müfariqət,Ta səfheyi-vücudda vardır nişanımız.
Həzrəti-İmam təriqi-vəfada anları sabitqədəm görüb, dua qılub Müslimi-Əqilövladinə ayıtdı: "Ey əzizlər, biz Kufə xəlqinin məva’idi-kaziblərinə e’timadedüb, Müslimi ol diyara irsal etdik və ol müfsidlər təriqi-müxalifət dutub olməzlumu şəhid etdilər. Hala səlah oldur ki, siz validənüz alub Bəni-Təyyqəbiləsinə varub andan mütəvəccihi-Mədinə olasuz ki, xanədanınız münhədimvə mün’ədim olmaya". Övladi-Müslim bu kəlimati-cangüdazdan xüruşa gəlübayıtdılar: "Haşa ki, xidmətindən müba’idət ixtiyar edəyüz! Ya Hüseyn,iltimasımız budur ki, babamız və qarındaşlarımız müqəddəmeyiləşkəri- şəhidolduği kibi bizə dəxi bu sə’adət müyəssər ola". Şe’r:
Çün bəqa mülkindədir cəm’iyyəti-əhli-vəfa,Ruyi-dil ol məqsədi-ə’laya döndərmək gərək.Neylərüz heyranü sərgərdan qalub, himmət dutub,Dari-dünyadan ’inan üqbaya döndərmək gərək.
Həzrəti-İmam anlara dəxi dua qılub cəm’ii-əshabına rüxsət verdi ki, varubta’ətü ibadətə iştiğal edələr. Və kəndü dəxi sə’adətsərayinə mütəvəccih olubibadətə məşğul oldu.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-hediqetus-sueda-doqquzuncu-bab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yer üzündən vəfa rəsmini sildin.
Nə qalıb məndə dilü din, nə də ki, səbrü qərarMəni tənha buraxıb tərkimi qıldı onlar.
Mən qəmə öyrənmişəm, biqəm mənə lazım deyilQəmdə zövq olsa əgər, ol həm mənə lazım deyil.
Cəmalın bir günəş tək parladı, nəm qoymadı candaDaha yaş tökməyə yoxdur təvan bu çeşmi-giryanda.
Başqa şairlərin şeirləri · Mərsiyə
Etmə vaqif öldügümdin növhəgər həmdəmləri,Qorxaram tutqay məlalət xatiri-xürrəmləri.
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.