من به غم خو کردهام جز غم نمیباید مرا
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
من به غم خو کردهام جز غم نمیباید مراور ز غم ذوقی رسد آن هم نمیباید مرا
Mən qəmə öyrənmişəm, biqəm mənə lazım deyil,Qəmdə zövq olsa əgər, ol həm mənə lazım deyil.
گر گریزانم ز خود در دشت عزلت دور نیستوحشیم جنس بنیآدم نمیباید مرا
Mən qaçarsam öz-özümdən, var yeri, üzlətdə çünVəhşilərdir həmdəmim, adəm mənə lazım deyil.
کس نمیخواهم که بینم گر همه چشم من استاختلاط مردم عالم نمیباید مرا
Mərdümi-çeşmim də olsa, istəməm görsün gözüm,Sənsiz, ey göz mərdümü, aləm mənə lazım deyil.
ساقیا چون می دهی بخش مرا بر خاک ریزمی نمینوشم دل خرم نمیباید مرا
Saqiya, mey paylayanda camımı tök torpağa,Içmərəm mey, xatiri-xürrəm mənə lazım deyil.
میدهد رخت نشاطم را به سیلاب سرشکبیجمالت دیده پر نم نمیباید مرا
Göz yaşım şadlıq büsatın sel kimi eylər xərab,Gül üzün yox, dideyi-pürnəm mənə lazım deyil.
با سفالی قانعم پر درد در کوی مغانمسند جمشید و جام جم نمیباید مرا
Qaneyəm kuyi-muğanda bir qədəh dürdi-meyə,Təxti-Cəmşid ilə cami-Cəm mənə lazım deyil.
Məqtə — şairin təxəllüsü olan son beyt. با جفای او فضولی از وفا مستغنیمبا جراحت خوشدلم مرهم نمیباید مرا
Məqtə — şairin təxəllüsü olan son beyt. Yar cəfasilə, Füzuli, yox vəfayə hacətim,Qəlbimə xoşdur yara, mərhəm mənə lazım deyil.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-29
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşmüş üzarı üzrə müənbər səlasili,Aşüftəhal edib neçə bisəbrü bidili,
Seyli-sirişkim oldu rəvan xaki-kuyinəSeyli-sirişkim oldu rəvan xaki-kuyinə,Can valeh oldu lə’li-ləbü göftguyinə,
Dün sübhdəm ki, laləvü nəsrin salıb niqabDün sübhdəm ki, laləvü nəsrin salıb niqab,Gül çöhrəsindən atdı səba pərdeyi-hicab,
Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətənTa cünun rəxtin geyib, tutdum fəna mülkün vətən,Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən,
Başqa şairlərin şeirləri · Eşq
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Sureyi-vəş-şəmsdür rüxsari-zibası anunSureyi-vəş-şəmsdür rüxsari-zibası anun,Leylətül-me’rac iki zülfi-mütərrası anun.
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,