Düşmüş üzarı üzrə müənbər səlasili,

Aşüftəhal edib neçə bisəbrü bidili,

Əqlimi valeh eylədi, şəklü şəmaili,

Göz gördü qamətin, dilü can oldu maili,

– Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi:

– Mənzuri-dideyi-nigəranındürür sənin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri