Seyr ilə saldı bağə güzər ol səmən’üzar,

Ənvai-zibü zinət ilə fəsli-növbəhar,

Açmış gül üzrə sünbülü geysuyi-mişkbar,

Yaxmış lətif ayağına gülbərgtək nigar,

– Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi:

– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar