Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda,
Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda.
Der idim səbr eyləyim, olsam cəmalindən cüda,
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda.
Tirə oldu ruzigarim zülfü xalindən cüda,
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda.
Mutək incəldi tənim nazik nəhalindən cüda,
Xəm gətirdi qamətim, mişkin hilalindən cüda.
Çıxdı cani-natəvan, şirin zülalindən cüda,
Oldum, əlqissə, rüxi-fərxündəfalindən cüda.
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü möhnətindən, əl’əman!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-terkibbend-3-bulbuli-zarem-guli-ruxsari-alinden-cuda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qalan bu ömrüm olur nəşeyi-müdam mənə.
Sərvdə qəddin qədər yoxdur gözəllik, ey pəriLeyk o sabit dayanmış, sən gəzərsən hər yeri.
Məhi-dəllakim olub ayineyi-əhli-nəzərSeyd edir ayinə tək hər kəs ona baxsa əgər.
Günəş çox torpağa düşdü ki, nur alsın yanağındanNəsibi olmadı öpsün sənin tozlu ayağından.
Başqa şairlərin şeirləri · Hicran
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır