Sinə çakü didə nəmnakü bədən əfgardir,

Can həzin, xatir qəmin, şeyda könül bimardir.

Mən bu qəm içrə ki, dəf’in eyləmək naçardir,

Məsləhət sordum, dedilər məsləhət izhardir.

Söylədim dərdi-dilimi bildi ol kim yardir,

Qılmadı bir rəhm bəs kim, zalimü xunxardir.

Dəxi izhar edəmən, nə hacəti-izhardir,

Eyləyim səbrü təhəmmül ta həyatim vardir.

Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir,

Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir,

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran