Pək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım

Bülbülündən ayrı düşmüş qızılgül,Bu hicrana kimsə düçar olmasın.Kaş ki, yavrum, son günlərin sevinci,Böylə qısa, bietibar olmasın.

Sənsiz könlüm fəryadlardan usanmaz,Çaylar dursa, göz yaşlarım dayanmaz.Dünya gülşən olsa, könlüm oyanmaz,Sənsiz, yavrum, artıq bahar olmasın.

Dünki gülşən – yarın xəzançın oynaq,Düngi insan – yarın bir yığın topraq.Keçmiş ilk bahardan bu bir kaç yapraq,Saqın, yavrum, son yadigar olmasın.

Bəlli şey ki, həyat beş qara gündür,Mənsiz gül, ağlama, könlüm sevindir,Cismim topraq olsa, ruhum sənindir,Sevgimizə yoxluq məzar olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq