کم التفاتی خوبان بعاشقان ستم است
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
کم التفاتی خوبان بعاشقان ستم استزهی ستم که ترا با من التفات کم است
Cəfadır aşiqə, kəmmərhəmət olarsa nigar,Düşün məni nə qədər incidirsən, ey dildar!
کی از بنفشه گشاید کجا بنافه کشددلی که بسته آن گیسوان خم بخم است
Könül əsiri olubdur bənəfşə tellərinin,Onu nə mişk edir cəlb, nə gülü gülzar.
قدم خمیده چنان شد که کس نمی داندمرا براه تو پوینده فرق یا قدم است
Sənin yolunda mənim qəm elə büküb belimi,Başım ayağə yetib, ey nigari-xoşrəftar!
ز دام شوق دل ما نمی رهد مادامکه سنبل تو گذرگاه باد صبحدم است
Səba o sünbül zülfündə aşiyan edəli,Könül quşu bu kəmənddən necə qaçıb qutarar?
طبیب را الم من نماند تا ره بردبلذتی که مرا در ره تو از الم است
Bəlayi-eşqdə zövq olduğun bilincə təbib,Demiş: əlacını axtarma dərdinin, zinhar!
چنین که زندگیم با غمست در عشقتمرا ازان که اجل قصد جان کند چه غم است
Sənin qəminlə həmişə mən od tutub yanıram,Əcəl də canıma qəsd eyləsə, nə qorxum var?
Məqtə — şairin təxəllüsü olan son beyt. ز رنج عشق فضولی فراغتی مطلبخموش باش که ذوق حیات مغتنم است
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, eşq qəmindən xilas olum demə, sus!Bu zövq həyatda qənimətdi, bilsən, ey hüşyar!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-93
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axıb gedər üzümə sel kimi ciyərdən qan.
Qan içən dilbərimin şüğli cəfadır, bilirəmIşi daim bu yazıq qəlbə cəzadır, bilirəm.
Var nə təqsirim yenə mən çeşmi-yardan düşmüşəm?Mötəbərdim, heyf, indi etibardan düşmüşəm.
Səndən ürək qəmin, gözəlim, pünhan etmərəmBu eşqi gizli, ey gözəlim, bir an etmərəm.