بر جان ما جفای نکویان ز حد گذشتاوقات ما میانه این قوم بد گذشت

Bizə hədsiz cəfalər gördü məhrulər rəva hər dəm,Ömür yoldaşı olduq onlara, gördük cəfa hər dəm.

سوز و گداز شمع ز رشک جمال تسترست از همه عذاب کسی کز حسد گذشت

Sataşdı hüsnünə şəmin gözü, rəşk oduna yandı,O kəs ki, qibtə bilməz, rəf olar ondan bəla hər dəm.

نشمرد از سکان خودم هیچ دلبریبر من ز دلبران ستم بی عدد گذشت

Mənə heç bir gözəl yer vermədi öz asitanında,Hədəf oldum gözəllər zülmünə mən binəva hər dəm.

در خون نشست مردم چشمم ز آرزوهر گه که در خیال من آن خال و خد گذشت

Gözüm qanla dolar, həsrətdən ahım göylərə qalxar,Xəyalımda dolandıqca mənim ol məhliqa hər dəm.

گشتم مقید غم عشق تو از ازلهرگز نمی توانم ازین تا ابد گذشت

Sənin eşqinlə mən bağlanmışam, canan, əzəl gündən,Bu eşqi tərk qılmam, baş ola təndən cida hər dəm.

عمرم گذشت لیک ندارم تأسفیشادم باین که در غم آن سرو قد گذشت

Ömür ol sərv boylu dilbərin eşqində sərf oldu,Təəssüf etmərəm, bir ömr ona qılsam fəda hər dəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. ذوق وصال او ز فضولی دریغ نیستاما بشرط آنکه تواند ز خود گذشت

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli naümid olsaz vüsali-yar zövqündən,Əgər can vermək ilə göstərə yarə vəfa hər dəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq