Vermiş füruğ şəm’i-rüxi gün çirağinə,

Salmış şikəst sərv qədi gül budağinə.

Dün sərvtək basanda qədəm göz bulağinə,

Bir neçə xardən ələm irmiş əyağinə,

– Gül bərginə batan nə dikəndir? – dedim, dedi:

– Müjgani-çeşmi-əşkfəşanındürür sənin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri