جانم در آن آرزوی وصال محمد است
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
جانم در آن آرزوی وصال محمد استچشمم در انتظار جمال محمد است
قدم خمیده چون فلک از جور دور نیستاز شوق روی ماه مثال محمد است
جسمم ضعیف چون مه نو نیست از فلکبر یاد ابروی چو هلال محمد است
این داغهای تازه که بر سینه منستاز اشتیاق دانه خال محمد است
شایسته احاطه تملیک غیر نیستملک دلم که وقف خیال محمد است
آیینه دار طوطی نطقم هر آینهاندیشه صفات کمال محمد است
Məqtə — şairin təxəllüsü olan son beyt. کردست مهر غیر فضولی ز دل برونتا عاشق محمد و آل محمد است
Var canda arizusu vüsali-Məhəmmədin,Gözlərdə intizari cəmali-Məhəmmədin.
Cismim hilalə dönsə də, dövran deyil səbəb,Yadilə incəlibdi hilali Məhəmmədin.
Çəkmiş bu tazə dağləri qəmli sinəmə,Şövqi-vüsali-daneyi-xali Məhəmmədin.
Qəlbimdə özgə mehri üçün qalmayıbdı yer,Olmuş bu mülk vəqfi-xəyali Məhəmmədin.
Ayinə tək bu tutiyi-nitqim zaman-zaman,Vəsfindədir sifati-kəmali Məhəmmədin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Etmiş Füzuli qeyrilərin tərk mehrini,Eşqindədir Məhəmmədin, ali-Məhəmmədin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-61
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim.
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidimƏql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlarƏzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.
Əksi-rüxsarın ilə oldu müzəyyin miratƏksi-rüxsarın ilə oldu müzəyyin mirat,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Başqa şairlərin şeirləri · Eşq
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Könül, üşşaq qanın çox töküb ol tiği-əbrulərKönül, üşşaq qanın çox töküb ol tiği-əbrulər,Haçan, bilməm, gəlir rəhmə cəfadən yari-bədxulər.
یار از ما جان و ما از یار ساغر خواستیمجان به جان دادیم و جان بردیم و دیگر خواستیم
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,