ماه من نخل قدت سرو خرامان منستسرو من ماه رخت شمع شبستان منست

Ey ay üzlüm, qamətin sərvi-xuramandır mənə,Sərv boylum, ay üzün şəmi-şəbistandır mənə.

می کند حال مرا هجر تو بد وصل تو خوشهجر تو درد من و وصل تو درمان منست

Halımı hicrin xərab etməkdədir, vəslinsə xoş,Hicrin olmuş dərd, vəslin zövqü dərmandır mənə.

دل اسیر قد و جان مست می لعل تو شدقامتت کام دل و لعل لبت جان منست

Dil əsiri-qamətin, canım meyi-ləlinlə məst,Qamətin kami-dilim, ləli-ləbin candır mənə.

دور بادا قد جانان من از چشم بدانسرو گلزار نکویی قد جانان منست

Bədnəzərdən qaməti cananımın olsun iraq,Sərvi-gülzari-məlahət qəddi-canandır mənə.

گفتم ای شمع بتان جای دلم دام بلاستگفت کان دام بلا دور زنخدان منست

Söylədim, ey büt, könül dami-bəla küncündədir,Söylədi ol dami-qəm çahi-zənəxdandır mənə.

پرده از راز دل زار من افتاد و سببچشم گریان من و چاک گریبان منست

Könlümün sirrin açıb aləmlərə faş eyləyənDüşmən ol göz yaşıdır, çaki-giribandır sənə.

Məqtə — şairin təxəllüsü olan son beyt. برد آرام فضولی قد آن سرو روانگرچه آرام دل زار پریشان منست

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, aldı ol sərvi-rəvan aramımı,Gərçi arami-dili-zarü pərişandır mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq