Saqi, gözə gəldi nəş'əyi-mey,Bir neçə qədəh yürüt peyapey!

Əzmi-tərəb etdin, ehtimam et,Zövqün tərəb əhlinin təmam et!

Bəzm əhlinə cami-laləgun tut,Əmma mənə cümlədən füzun tut!

Zira ki, hənuz nimməstəm,Qəm silsiləsinə paybəstəm.

Xoşdur tərəb əhlinin bu bəzmi,Dağılmağa olmasaydı əzmi.

Tarixnəvisi-halieyyam,Bu qissəyə böylə verdi itmam

Kim, vəsldən olmayıb təsəlli,Məcnundan olanda dur Leyli

Kəsmişdi təəllüqün cahandan,Qət'i-nəzər eyləmişdi candan.

Bir fösl ki, dəsti-qarəti-dey,Gülzar büsatın eylədi tey,

Matəmkədə oldu ərseyi-bağ,Matəmdə sürud naleyi-zağ.

Leyli kimi oldu lalə məstur,Məcnun kimi şaxi-ərğəvan ur.

Rənci-yərəqandan oldu əşcarLərzanü zəifü zərdrüxsar.

Söndü gülü laləniıı çırağı,Sərsər yeli zülmət etdi bağı.

Gül bimi-təərrüzi-həvadan,Lalə sitəmi-dəmi-səbadan

Rəxtini yaşırdı bağlarda,Lə'lini itirdi dağlarda.

Bir mar misalı oldu hər nəhr.Hər lərzədə su məsabeyi-zəhr.

Göydən yerə endigində baran,Hər qətrə olub misali-peykan,

Guya ki, yetirdi bağə bidadKim, şö'bədeyi-təhərrüki-bad

Bir sehr ilə abı ahən etdi,Ondan təni-bağə cövşən etdi.

Bir gün bu həvada Leyliyi-zarQəm dəf'inə etdi meyli-gülzar.

Gördü gülü lalədən əsər yox,Ənvai-şəcərdə bərgü bər yox.

Səhni-çəmənin səfası getmiş,Nöqsani-səfa kəmala yetmiş.

Nə səbzə tənində tab qalmış,Nə bərg üzündə ab qalmış.

Matəmkədə gördü busitanı,Riqqət oduna tutuşdu canı.

Suzi-cigərilə yanə-yanə,Şərh etdi qəmini busitanə:

"K'ey bağ, nədir bu ahi-sərdin?Mən xəstəyə zahir eylə dərdin!

Mən dəxi sərtin kimi nizarəm,Bir güldən iraqü zərdü zarəm;

Nə dövləti-qürbünə qəbulum,Nə rövzeyi-kuyinə vüsulum.

Sən gərçi xəzanəsən giriftar,Əlbəttə, bəharə yetməgin var.

Ümmidi-vüsal məndə yoxdur,Səndən qəmü qüssə məndə çoxdur!"

Artırdı qəm ağladıqca dərdin,Giryan göyə tutdu ruyi-zərdin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar