Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım,
Gəlin alayişi-qəmdən çıxalım, pak olalım,
Nəş’eyi-mey tapalım, qabili-idrak olalım.
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Rindlər bəzminə sərməst səbutək giribən,
Zövq bağinə girib, cam gülüni dəribən,
Meyə derlərsə bəha əql mətain, veribən,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Paybəsti-meyi-safi olalım dürdmisal,
Verəlim saqiyə can, eyləyəlim kəsbi-həlal.
Nəş’ədən bilməyəlim aləmi-keyfiyyəti-hal,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Mey hübabı kimi meyxanədə bir ev tutuban,
İqdi-əngur kimi bir araya baş çatuban,
Alsalar, din ilə dünyayi şərabə satuban,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Badədən qeyr ki, qəm dəf’inə bir cam yetər,
Hər nəyi dəhr nəyə kim verəcək olsa, itər,
Ey Füzuli, rəvişi-əhli-riyadən nə bitər,
Məstü mədhuşü xərabatiyü bibak olalım.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-texmis-6-nece-bir-vesveseyi-eql-ile-qemnak-olalim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daxili-silsileyi-əhli-cünun etdi məni.
Gümüşbədənli gözəllərin sevgisi məni heyran edirƏhvalimdən büt kimi məni xəbərsiz qoyur.
Saqi, mey ver, söyləyim ol ləli-canandan sənəMəst olarkən qoy deyim bu sirri-pünhandan sənə.
Xaki-dərini sürməyi-çeşmü bəsər etdikBiz başqa gözəldən dəxi qəti-nəzər etdik.
Başqa şairlərin şeirləri · Mey və meyxana
شراب و شمع و شاهد عین معنی استکه در هر صورتی او را تجلی است
Ala pişikSən nə mötəbərsən, ay ala pişik,salam, hacı pişik, kərbəla pişik!
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra
Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilənVəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən,Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən.